Faciəli tarixçəsi olan 10 şəkil

2016-10-23 10:10:45 / 910 dəfə oxunub

Hər şey fotoqrafın ustalığından və təsadüflərdən asılıdır.

Bəzi şəkillər emosiya fırtınasına səbəb olaraq, baxan insanda müvafiq əhval-ruhiyyə yaradır, digərləri isə əksinə, nə baş verdiyini bilməyənə qədər anlaşılmaz qalır. 

1. Monax dəfn ayinini yerinə yetirir.

2011-ci ilin noyabr ayının 25-də Çində Şansi Tayyan stansiyasında yaşlı adam dünyasını dəyişir. Qatarı gözləyənlər arasında olan monax, ölən şəxsin ruhunun əbədiyyətə qovuşması üçün ayin yerinə yetirib. 

2. Kamikadze qrupu

Bu müdavimlər "kamikadze məktəbi”nin yetirmələridir. Əlində küçük olan 17 yaşlı kapral Yukio Arakidir, şəkil 1945-ci ilin may ayının 26-da çəkilib, səhərisi gün isə o, son dəfə səmaya qalxıb. 

3. Britaniyanın "Terra Nova” ekspedisiyasının Cənub qütbündə 1912-ci ilin yanvar ayının 18-də çəkilən fotosu 

Başlanğıcdan bu ekspedisiya elmdən çox siyasətə xidmət edirdi. Ekspedisiya rəhbəri Ropert Skott (şəkildə o mərkəzdədir) və onun tərəfdaşları Raul Amundsenin komandasını qabqlayaraq Cənub qütbünə birinci gəlməli idilər. Amma şaxtadan yorulmuş və təngə gəlmiş səyahətçilər arzuolunan hədəfə çatdıqda norveçlilərin onları qabaqladıqlarını görürlər. Pulheym düşərgəsi qurulmuşdu və çadırda Skotta ünvanlanmış məktub var idi. 
Geri qayıdarkən dörd nəfər öldü, bu, onların son şəklidir. 

4. Qrif və qızcığaz

Bu dəhşətli foto Kevin Karter tərəfindən 1993-cü ildə Sudanın Ayod şəhərində çəkilmişdi. Qızcığazın valideynləri humanitar yardım almaq üçün təyyarənin yanına qaçırlar, qız isə sakitcə onların ardınca sürünür və arada bir dincəlmək üçün dayanır. Qızın bu hərəkətlərini qrif diqqətlə izləyir. Bu quşlar heç zaman qurbanlarına hücum etmirlər, onlar hər şeyin özü-özünə baş verməyini gözləyirlər. Bundan başqa yaxınlıqda fotoqraf var idi, bu üzdən də sadəcə gözləmək lazım idi. Bu şəkil Kevin Karterə şöhrət, Pulittserov mükafatını və insanlıqdan uzaq olmasına dair ittihamlar dalğasını gətirdi. Mükafatı aldıqdan üç ay sonra fotoqraf intihar edib.

5. Kosmonavt Vladimir Komarovun qalıqları

Vladimir Komarov 1967-ci ilin aprel ayının 24-də "Soyuz-1” kosmik gəmisinin sınaq uçuşu zamanı ölüb. Yerə enərkən əsas paraşüt açılmayıb, yerə dəyərkən zərbə nəticəsində aparat alışıb. Külə dönmüş qalıqları xüsusi komissiya Moskvaya aparıb. Onun qalıqları xüsusi qaba yerləşdirirlərək Kremlin divarına hörülüb. Qəza yerində isə işlər davam edir, bu işlər zamanı onun bədəninin bir neçə fraqmenti də tapılır. Həmin qalıqlar aparatın qəzaya uğradığı çöldə basdırılıb. 

6. MH17 reysinin sərnişinlərinin ölümqabağı selfisi

15 yaşlı Hari Slok anası Petra Lanqeveld ilə Kuala-Lumpura istirahətə uçurdular. Bu selfinin çəkildikdən üç saat sonra Ukrayna üzərində vurulur. Təyyarənin göyərtəsində olanlardan heç kim sağ qalmayıb. 

7. Özünü yandran Monax

1963-cü ildə Cənubi Vyetnamda prezident Nqo Din Zyemanın rejimi fonunda butpərəstlərin narazılığı pik həddə çatır. Həmin ilin mayında bütpərəstlər öz haqlarını müdafiə etmək üçün    Xyue şəhərində toplaşıblar. Hökumət etiraz aksiyalarını qəddarcasına dağıdır, bunun nəticəsində doqquz nəfər ölümüşdü. Etiraz olaraq 1963-cü ilin iyun ayının 11-də Sayqonedə iki yaşlı monax özünü yandırıb. 

8. Qəbrə qədər dostluq

Bu arxeoloji tapıntı 1972-ci ildə İranda aşkar edilib. Eramızdan 800 il  əvvəl yaşayan gənc işğalçılar şəhəri yandırarkən həlak olublar. Onlar tüstüdən boğulublar, amma ölənə qədər bir-birini dəstəkləyiblər.

9. Kontuziyalı 

Bu şəkil 1916-cı ildə fransız kəndi Kurselet ətrafında çəkilib. Şəkildəki insan çoxsaylı əlamətlərindən biri də psixi pozğunluq olan kontuziya alıb. Bu baxış travmanın nəticəsidir və adətən, travma sonrası stresdə rast gəlinən haldır. Bundan başqa, həmin dövrdə insanların şəkil çəkdirərkən gülmədiklərini nəzərə almaq lazımdır. 

10. Faşist düşərgəsinin kiçik məhkumu ev çəkir.

Faktiki olaraq əsir düşərgəsində böyüyən qız müharibə bitdikdən sonra psixi pozğunluğu olan uşaqlar üçün uşaq evinə göndərilir. Müəllimləri ondan ev şəkli çəkməyini xahiş etdikdə, qız dəhşətli bir xaos təsvir edir, təsvir daha çox tikanlı məftil yumağına oxşayırdı. Lövhənin yuxarı hisssəində qızın adı "Terezka” yazılıb.



Son xəbərlər
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws