Topuğunuzda şiddətli ağrı olursa... - TƏHLÜKƏ

2016-10-27 11:30:34 / 4567 dəfə oxunub

Uzun müddətli bel, kürək, boyun və topuq ağrısı kimi əlamətlərlə özünü göstərən ankilozan spondilit xəstəliyi vaxtında müalicə olunmadıqda qalıcı sümük və oynaq problemlərinə yol açır.

 

Revmatik xəstəliklərdən biri olan ankilozan splondit əsasən 45 yaşdan aşağı şəxslərdə daha çox ortaya çıxır. Üç aydan çox davam edən bel, boyun və kürək ağrıları ilə özünü göstərən ankilozan splondit xəstəliyinin digər xəbərçisi topuq ağrılarıdır.

 

El arasında bel-boyun revmatizmi kimi qələmə verilən bu xəstəlik əsasən bel, boyun və kürək ağrıları ilə ortaya çıxır.

Bütün ankilozan spondilit xəstələrində olmasa da, əksəriyyətində topuq ağrısı da olur. Xəstəliyin başladığı və ya davam etdiyi müddətdə topuq ağrısı ortaya çıxa bilər. Xüsusən 45 yaşdan aşağı, kilolu olmayan və ağır fiziki işlərdə çalışmayan şəxslərdə görülən topuq ağrısı ankilozan spondilit xəstəliyinin mühüm və spesifik əlamətlərindən sayılır.

Ancaq hər topuq ağrısını bu xəstəliklə əlaqələndirmək də doğru deyil. Topuğu incitdikdə, ağırlıq düşdükdə, ağır yük daşıdıqda, uzun müddət ayaqüstə qalmaqla bağlı mexaniki stress səbəbindən də topuq ağrısı ortaya çıxa bilir. Menopauza dövründə olan kilolu qadınlarda da revmatizm qaynaqlı topuq ağrısı görülür.

 

Bu xəstəlik sümük böyümələrinə səbəb olduğu üçün erkən diaqnozu gecikdiriləndə oynaqlarda, omba və onurğa sümüklərində pozulmalara səbəb olur. Buna görə yaşı 45-dən aşağı olanlar 3 ay davam edən bel, boyun və kürək ağrıları, çox oturduqdan sonra ortaya çıxan topuq ağrısı yaşayırsa, mütləq revmatoloqa getməlidir.

 

Topuq ağrısına faydalı gələn bəzi bitki mənşəli çarələr də var.

 

5 litr suya bir stəkan kəklikotu əlavə edərək 1 saat boyunca suyun içində masaj etməniz həm ağrının yüngülləşməsinə yardımçı olur, həm də əzələləri gəvşədir.

Bundan başqa, bir çay qaşığı balı bir qaşıq unla qarışdırın, təmiz parçanın üstünə töküb ağrıyan topuğunuza bağlayın. Bunu 20 gün təkrarlayın. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws