“Twitter” kütləvi ixtisara hazırlaşır

2016-10-27 17:38:47 / 6446 dəfə oxunub

"Twitter” rəhbərliyi kütləvi ixtisara hazırlaşır.

sabahinfo.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb.

Şirkət öz əməkdaşlarının 8%-ni - 300-ə yaxın işçini ixtisara salmaq niyyətindədir. Bu rəqəm dəyişə də bilər. İxtisarın bu həftə elan olunacağı gözlənilir.  

Belə kütləvi ixtisar sonuncu dəfə 1 il öncə, şirkətin rəhbəri vəzifəsinə onun yaradıcısı Cek Dorsi gəldikdən sonra həyata keçirilib.

Qeyd edək ki, "Twitter” bir neçə şirkətlə satış barədə müzakirələr aparırdı. Bu sırada "Google”, "Disney”, "SalesForce” kimi şirkətlərin adları çəkilirdi.

Lakin onların hamısı şirkəti almaq fikrindən vaz keçib. "Twitter”in bazar dəyəri 14 milyard dollar həcmində qiymətləndirilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!