Şahid: İlhamə Quliyeva mənə pul təklif etdi ki, həyat yoldaşımı öldürüm

2016-11-01 14:20:55 / 1277 dəfə oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

sabahinfo.Az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Hüseynovanın həyat yoldaşıTofiq Hüseynov ifadə verib.

O bildirib ki, M.Hüseynova günahsızdır və bu hadisəni başqa adamlar planlaşdırıblar. Şahid bildirib ki, İlhamə Quliyevanın oğlu Orxanın dostu Vüqar hətta ondan pul da istəyib:

"İlhamə Quliyevanın oğlu və dostu mənim evimə basqına gəlmişdilər. Guya ki, Mehriban onun evindən oğurluq edib. İlhamə Quliyeva hadisə baş verəndən sonra mənə zəng edib, Mehribanın onu öldürmək istədiyini dedi. İlhamə Quliyeva mənə pul təklif etdi ki, get, həyat yoldaşını öldür. Mehriban evə gələndə mən onun üzərində xəsarət gördüm. Səbəbini soruşduqda dedi ki, İlhamə xanımın evində onu bıçaqlayıblar. Mehriban deyirdi ki, bu əməllər hamısı Vüqarın planıdır”.

Məhkəmə prosesi noyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.




Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws