Arterial təzyiqin ölçülmə qaydası

2016-11-02 10:43:03 / 3466 dəfə oxunub
sabahinfo.Az immunitet.az-a istinadən bildirir ki, arterial təzyiqin ölçülməsi üçün aşağıdakı şərtlərə riayət olunması əhəmiyyət kəsb edir:
1. Xəstənin duruşu.
- rahat oturmalı
- qol stola təsbitlənməli
- manjet dirsək qatlanmasında 2 sm yuxarıda ürək səviyyəsində olmalıdır.
2. Şərait.
- müayinədən 1 saat əvvəl kofe içmək olmaz
- 15 dəqiqə ərzində siqaret çəkmək olmaz
- burun və göz damcıları daxil olmaqla simptomomimetiklər qəbul etmək olmaz
- 5 dəqiqə istirahərdən sonra ölçməli.
3. Təchizat.
- müvafiq formada manjet seçilməlidir
- tonometrlər 6 aydan bir yoxlanılmalıdır
- ölçmədən qabaq sıfırda olmalıdır.
4. Ölçmənin sayı.
- AT səviyyəsini qiymətləndirmək üçün ən azı 2-3 dəfə ölçmə əməmliyyatını təkrarlamaq lazımdır
- xəstəliyin diaqnozu üçün ən azı 1 həftə ara verməklə heç olmazsa 3 dəfə ölçmə aparmaq lazımdır.
5. Ölçmənin texnikası.
- manjeti mil arteriyasında nəbzin yox olmasından 20 mm c.süt. yuxarı təzyiq səviyyəsinə qədər tez hava doldurmaq
- manjetə təzyiqi 1 san.2-3 mm c.süt.sürəti aşağı salmaq
- 1-ci ton yaranan təzyiq səviyyəsi sistolik AT-ə uyğun gəlir
- tonların yox olduğu təzyiq səviyyəsi diastolik təzyiq kimi qəbul edilir
- tonlar çox zəifləyirsə, qolu qaldırıb bir-neçə dəfə büküb açmaq, sonra ölçməni təkrar etmək lazımdır
- əvvəlcə hər iki qolda təzyiq ölçülməlidir
- sonralar AT yüksək olduğu zamanlarda ölçmə aparılmalıdır
- 65 yaşdan yuxarı şəxslərdə, şəkərli diabet xəstələrində və arterial təzyiqdən müalicə alan xəstələrdə ölçmə ayaq üstə aparılmalıdır.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws