Facebook-un cana xeyri varmış

2016-11-02 11:27:55 / 3114 dəfə oxunub

Adamların Facebook şəbəkəsində keçirdiyi vaxtla onların sağlamlığı arasında əlaqə var.

sabahinfo.Az novator.az-a istinadən bildirir ki, ABŞ alimləri bu qənaətə gəliblər.

Kaliforniya İnstitutunun mütəxəssisləri Facebook-da 12 milyon profili analiz ediblər. Onlar əldə etdikləri məlumatları Kaliforniya Səhiyyə Departamentinin qeydləri ilə tutuşdurublar. Profillərin sahibləri 1945-1989-cu illərdə doğulanlar olub.

Alimlər bu qənaətə gəliblər ki, Facebook-dan qədərində istifadə etmək insana müsbət təsir göstərir. Araşdırmaya görə, şəbəkədə dostluğa qəbul edilmək üçün başqalarından müraciət daxil olanda adamda ölüm riski azalır. Dostluğa qəbul edilmək üçün başqalarına müraciət göndərəndə isə belə effekt yaranmır.

Alimlərin fikrincə, insanın sağlamlığı üçün ünsiyyətin canlı olması heç də göründüyü qədər vacib deyil, çünki virtual, şəbəkə vasitəsilə ünsiyyət də sağlamlığa kifayət edir.

Mütəxəssislər hesab edirlər ki, sağlam adamlar sosial həyatda, o cümlədən internetdə daha fəaldırlar.

Amma alimlər Facebook-un insan ömrünü uzatdığını söyləməyə tələsmirlər. Çünki onlar deyirlər ki, bunun əksi də mümkündür.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws