Qırmızı meyvələrin inanılmaz faydaları

2016-11-04 09:35:23 / 1536 dəfə oxunub

Dövrümüzdə gedərək yaşlanan cəmiyyətin ən mühüm səhiyyə problemi kimi qəbul edilən Alzheimer xəstəliyinin qarşısının alınması, ən azından inkişafının əngəllənməsi qırmızı rəngli meyvələrin sayəsində ola bilər.

Sevə-sevə yediyimiz çiyələk, gilas, albalı, nar, moruq və digər meyvələr antosiyanidinlər baxımından olduqca zəngin mənbələrdirlər. Lakin bu meyvələrin böyük bir hissəsinin yaz və yay aylarında olması səbəbindən il ərzində müntəzəm qəbul etmək mümkün olmur. Bu səbəbdən də, mütəxəssislər qurudulmuş qırmızı meyvələrdən istifadə etməyin ağıllı bir yanaşma olacağını söyləyiblər.
sabahinfo.Az deyerler.org-a istinadən bildirir ki, antositanidinlərin suda həll olma xüsusiyyətlərinə görə, qurudulmuş qırmızı rəngli meyvələrin bitki çayı halında istifadə edilməsi bəzi əlavə üstünlükləri özündə ehtiva edir.
Quruluşu nə olursa olsun, meyvə və tərəvəzlərdə və ya digər bitkilərdə olan polifenolik birləşmələrin ortaq xüsusiyyəti antioksidant təsirləridir. Bu təsirlərinə bağlı olaraq ürək və damar xəstəlikləri, yüksək təzyiq, yüksək xolesterin, ürəkdə ritm pozğunluqları, müxtəlif növ xərçənglər, qaraciyər zədəsi, yaddaş zəifləməsi kimi, mühüm sağlamlıq problemlərinin qarşısının alınması baxımından polifenolik birləşmələrlə zəngin qidalar olduqca önəmlidir.



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws