Aygün Kazımova: "Bilirsiniz, uşağıma bu sözləri demək nə qədər çətin idi?"

2016-11-04 13:30:07 / 2316 dəfə oxunub

Xalq artisti Aygün Kazımova həmkarı Nisə Qasımovanın "Eldəniz Məmmədov və Zemfira İbrahimova məni görüb, salamlaşmadılar" sözlərinə münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında gənc ifaçıları sənətkarlara hörmət etməyə səsləyib. 

O bildirib ki, N.Qasımovanın açıqlamasına pis olub:

"Biz sənətkarlara hörmətlə yanaşmalıyıq ki, bizə də gələcək nəsil belə etsin. Rusiya və Türkiyə şou-biznesində belə şey görməmişəm. Heç kim Alla Puqaçovanı tənqid edə bilməz. Kimsə nəsə desə də, onu efirə vermirlər. Kimsə deyə bilməz, "Ajda Pekkan, get pensiyaya, vaxtın keçib". Mən bu şou-biznesə efirdən baxmamışam, səhnə arxasında olmuşam və hər şeyi görmüşəm".

A.Kazımova qızı İlqarənin "Eurovision" seçim turlarına qatılmasından danışıb:

"Rusiyada hər il Filipp Kirkorov "Eurovision"a müğənni hazırlayır. Ölkə ona nə qədər inanır ki, bu qədər məsuliyyətli iş tapşırır. Özü də hər il müğənniləri yaxşı yer tutur. Çünki biz müğənnilər bu aləmin içindəyik, müsabiqələrdə olmuşuq. Bilirik ki, nə yaxşıdır, nə pisdir. Biz də öz ölkəmizin iştirakçısını hazırlaya bilərik. Bu işi müğənnilərə həvalə etsinlər. Qızım da "Eurovision" iştirakçılarından olub. Həmin vaxt qalib elan edilməzdən əvvəl bilirdim ki, Eldarla Nigar seçiliblər. İlqarəyə bunu əvvəlcədən demək istədim ki, final gecəsi pis olmasın. Dedim ki, qızım, bilirəm, keçmədin, istəmirəm, aparıcı deyəndə həyəcan keçirəsən. İndi istəyirsən, ağla, pis ol, səhnədə bunları etmə. Hazırlıqlı ol, amma elə bil ki, heç xəbərin yoxdur. Bilirsiniz, uşağıma bu sözləri demək nə qədər çətin idi?"



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws