"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO

2016-11-05 09:00:10 / 1996 dəfə oxunub

Aysberqlə toqquşma nəticəsində batan "Titanik"in faciəvi tarixi barədə çoxlu əsərlər yazılıb, film çəkilib. Hətta, bu film "Oskar"a layiq görülüb. 1912-ci ilin aprelində batan gəmidə 1000-dən çox insanla yanaşı, maraqlı əşyalar da okeana qərq olub.

sabahinfo.Az axşam.az-a istinadən həmin əşyaları təqdim edir:

1. Elektrik vannalar - tibbi baxımdan xeyirli olan bu vannalardan qadınlar səhər, kişilər axşam istifadə edirdilər. Ondan istifadə üçün 1 dollar ödənilirdi.

2. Tiryək - məlumata görə, gəminin göyərtəsində 4 tiryəklə dolu yeşik olub.

3. Dəyərli rəsm əsəri - fransız rəssamı Merri Jozefa Blondel tərəfindən çəkilmiş yarıçılpaq qadın rəsmi biznesmen Xokan Byurnstörm Stefanson tərəfindən 100 min dollara alınıb. Faciədən sağ qalan biznesmen ona dəymiş ziyana görə "Titanik" təsisçiləini məhkəməyə verib.

4. Marmelad hazırlayan maşın - 27 yaşlı qadın özü ilə meyvələrdən marmelad hazırlamaq üçün götürmüşdü.

5. Türk hamamı - yalnız VİP qonaqların istifadə üçün nəzərdə tutulurdu.

6. Cenni adlı pişik - sərnişinlərin yüklərini siçan və siçovullardan qorumaq üçün hər bir gəminin özünün bəslədiyi pişiyi olur. Cenni də "Titanik"in talismanı sayılırdı.

7. Jozef Konratın əl yazması - gəmidə İngiltərədən ABŞ-a çatacaq 1000-dən çox məktub var idi. Onlar arasında məşhur yazıçı Konratın əsəri də olub.

"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO

"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO

"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO

"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO

"Titanik"lə bir yerdə batan 7 dəyərli əşya - FOTO



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws