Pərvin Abışova - Gedirəm

2016-11-05 10:23:50 / 7132 dəfə oxunub
Gedirəm
Gedirəm qarşına çıxmaram daha Ardımdan izimi itirər yollar. Bir də gözlərinə baxmaram daha Nəyimə gərəkdi soyuq baxışlar? Gedirəm sevgini gömüb qəlbimə Sənə əlvida da demədim bəlkə . Verdiyin əzabı sancıb köksümə, Ötəcəm yanından ,görmədin bəlkə. Tutacaq yerimi tam başqa biri. Gözlərim kədərdən dolub duracaq. Sənin "Qəməndirin”bir bəstəboy qız, Mənim qismətimsə təklik olacaq. İşdən qayıdanda sən öz evinə Səsinə səs verib qızın qaçacaq. Taleyin oyunu,ya qismətdənmi, Tək oğlum səninlə adaş olacaq... Həsrətin saçıma vaxtsız dən qoydu. Yoxluğum qəlbini bil,yandıracaq . Gəlişim necə ki,səssiz olmuşdu, Gedişim eləcə səssiz olacaq.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws