Dünyanı nə qorxudur?

2016-11-05 23:50:16 / 5758 dəfə oxunub

"İPSOS Mori” tədqiqat şirkəti tərəfindən "Dünyanı nə qorxudur?” başlıqlı araşdırma yayımlanıb.

sabahinfo.Az modern.az-a istinadən xəbər verir ki, dünyanın bir neçə ölkəsindən sorğuya qatılanlara, "Sizi ən çox narahat edən nədir?” sualı ünvanlanıb.

Sorğuda 25 ölkədən 65 yaşa qədər olan insanlar onlayn iştirak edib. Türkiyə terrorizm qorxusunun ən çox yaşandığı ölkə olaraq diqqət çəkib.

Cavablarda hər ölkədə fərqli qorxular olduğu ortaya çıxıb. Terrorizm qorxusu Türkiyə ilə yanaşı, Fransa və ABŞ-da da ciddi narahatlıq səbəbidir. Bu göstərici Tükiyədə 76%-dir.
Türkiyəni 55%-lə Fransa, 45%-lə İsrail, 38%-lə Belçika və 35%-lə ABŞ izləyib.
Araşdırmada işsizlik qorxusunun İspaniyada çox olduğu göstərilib. Respondentlərin 74%-i bu qənaətdədir.

Sorğuda iştirak edən başlıca ölkələrin qorxuları üzrə statistikanı təqdim edirik:

İşsizlik qorxusu: İspaniya 74%, İtaliya 66%, Avstraliya 38%
Kasıblıq qorxusu: Rusiya 57%, Almaniya 45%, Yaponiya 39%
Şiddət qorxusu: Meksika 60%
Əxlaq pozğunluğu qorxusu: Çin 43%
Qaçqın qorxusu: İngiltərə 42%.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!