Azərbaycanlı aktrisa nişanlandı – FOTO

2016-11-07 14:11:27 / 2983 dəfə oxunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova nişanlanıb.

sabahinfo.Az xəbər verir ki, 30 yaşlı aktrisa sosial şəbəkədə nişan mərasimindən fotoşəkillər paylaşaraq "Məni də oğurladılar” şərhini yazıb.

Qeyd edək ki, Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib və həmin ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 

"Viktoriya” tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin aktrisası” nominasiyasında mükafata layiq görülüb. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws