Aydan Rəsulova - Kövrək baxışlardan damlayır yaşlar

Xezan Qayibli

2016-11-08 21:35:24 / 13759 dəfə oxunub

Geyindi ağ kəfən məhəbbət bugün Dəfn etdi illərin ölməz eşqini Qara buludlarda gizləndi günəş Söndürdü dünyanın sönməz eşqini...

Qürur əcəl oldu , nifrətsə qatil Eşqin son nəfəsi nəfəssiz qaldı Edilən dualar olundu batil Günahlar yuyuldu, cəzası qaldı...

Zamansız gedən eşq getməyəydin kaş, Uğruna bir çiçək saraldı soldu. Məhv etdi qəlbləri amansız savaş Həmişə biri var, biri yox oldu..


******** Gəl soyunaq bu gecə... Yalanları soyunaq Ağrıları soyunaq Çılpaq qalaq bu gecə... Ruhuma toxun mənim İllərdir bədəninə toxuna bilmədiyim... Uzun uzun baxişaq Səssiz səssiz danışaq... Gecə bizim gecəmiz Üz üzeyik necə biz... Yarım qalmasın heçnə Bir günlük çılpaq qalaq Səninlə mən bu gecə... Sabah yenə geyərik o yalan libasları Heç sevmirəm deyərik çəkərək ağrıları. Amma bu gün geyinmə! Bircə günlük sev məni! Içkisiz sərxoş eylə, Soyunan bədənimi. Yox!! Yox!! Dayan səhv dedim!!! Bədən deyil soyunan, Biz bədənlə sevmədik Ruhun idi toxunan...


******** Amandır ayrılıq ayırır bizi Incidir sakitcə urəyimizi Dindirir durmadan səs telimizi Deyir ki, ayrılıq zamanımızdır.

Kövrək baxışlardan damlayır yaşlar Heç yaddan çıxar mı məsum baxışlar? Bir nəğmə söyləyir qəm ilə quşlar Deyir ki, ayrılıq zamanımızdır.

Hər üzdə görünür ayrılıq qəmi Kaş yelkən olardım sən də bir gəmi Uzərdik keçərdik bir dənizləri Dəniz də söyləyir ayrılın artıq Deyir ki, ayrılıq zamanımızdır.

Daha kövrəlməsin qəmdən gözümüz Sətirlər ağlasın, gülsün üzümüz Sevgiylə bəzənsin daim ömrümüz Heyif ki, ayrılıq zamanınızdır...


*********** Gün gələr ki, unudaram Amma o gün bugün deyil Səni bəlkə tanımaram Amma belə asan deyil.

Çətin silmək səni qəlbdən Sənin kimi deyiləm mən Sənki sildin ürəyindən Sənin qədər asan deyil.

Bu sevgidən nə verdin ki ? Sən nə qədər güldürdün ki? Niyə məni çox üzdün ki? Bu səninki sevgi deyil.

Yara qəlbim yaşlı gözüm, Yaşlanmışam sanki özüm, Sənə çoxdur mənim sözüm , Amma demək asan deyil.

Günah kiçik cəza ağır Mənə baxma ağır ağır Məni son kəs "ömrüm" cagir Ömrü silmək asan deyil.

Buraxmisan əllərimi Heç əlimi tutmadin ki Isitmedin buz əlimi Çünki tutmaq asan deyil.

Getmək asan, get yol sənin Həzin külək, hava sərin Düşün bir az derin-derin Geri dönmək asan deyil!!!


************** Sənin gəlişinlə dəyişdi fəsil Ömrüm baharlandı soyuq payızda Xoşbəxtlik xəzanda gizli kiçik sirr Gizlənib baharın budaqlarında...

Sən demə yaşamaq nədir, necədir Sənə qədər əsla anlamamışam Sən demə xoşbəxtlik səndə gizlidir Mən isə bu sirrə çox uzaqmışam.

Artıq məsafələr ayırmaz bizi Nəfəsimdən belə daha yaxınsan, Əngəllər qorxutmaz gözlərimizi Sən mənim xoşbəxtlik, sevgi payımsan.

Qorxmuram payızın yağışlarından Qara buludlarda gizlənib günəş Əllərim əlindən qüvvət alacaq Sən mənçün nəfəs ol, mən sənçün günəş...


********** Bir çox şey qazandım bəlkə həyatdan Xoşbəxtlik vermədi heç bir şey inan Damla-damla itən göz yaşlarımdan Qiymətsiz olmayan çox şey itirdim.

Bəlkə günahlarım qarşıma çıxır Yaşadığım həyat bir cəza ağır Məhkəmə qurulub hakimi çağır Ömürlük azadlıq şansı itirdim.

Mən qatil olmadan etdim cinayət Heç bir qan tökmədən can aldım əlbət Sakitlik ömrümə oldu fəlakət Mən ən çox özümü , məni itirdim.

Həbs oldum zindanda, barmaqlıq dəmir Xoşbəxtlikdən gəlmir nə səs , nə semir , Mənə bir az işıq , bir ümid gətir Qaranlıq içində ümid itirdim.

Ümidlər boğuldu doğulanda men Həyatlar məhv oldu var olanda mən Yaşanan yaşandı , itenler itdi Mən ən çox itmeyen məni itirdim Mən ən çox bitməyən məni bitirdim....


************* Bağçada saralmış bir çiçək kimi Ətirsiz qoxusuz qalmışam inan Bir damla su üçün gözləyər kimi Torpağa bərkiyib dik dayanıram.

Bir rüzgar bir ləçək qoparar məndən Kökümlə özümü zor saxlar oldum Bir külək yamanca üşüdər hərdən Solsam da quruyub məhv olmaz oldum...

Yoruldum ey həyat, Yoruldum yaman Mən inci olmaqdan çiçək olmuşam Incinin qədrini bilər çox adam Mənse bir çiçək tək yaman solmuşam.....



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws