Ən güclü smartfonların reytinqi

2016-11-09 10:35:46 / 2503 dəfə oxunub

Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən "AnTuTu”nun yaradıcıları bazarda mövcud ən güclü smartfonların yeni reytinqini dərc ediblər.

sabahinfo.Az xəbər verir ki, "iPhone 7 Plus” smartfonu əvvəlki kimi liderdir.

"Apple A10 Fusion” prosessoru ilə təchiz edilmiş 5,5 düymlük "iPhone 7 Plus” fableti 172644 xal toplayaraq reytinqdə birinci yeri tutub. Eyni çipsetlə təchiz edilmiş və 170124 xal toplamış "iPhone 7” qurğusu ikinci yerdə qərarlaşıb.

Sonrakı yerdə 160856 xalla Çinin "LeEco Le Pro 3” aparatı gəlir. Məlumat üçün, sözügedən aparat "Qualcomm Snapdragon 821” çipseti ilə təchiz edilib.

153777 xal toplamış "Xiaomi Mi5s Plus” dördüncü, 149705 xal yığmış "Smartisan M1L” isə beşinci yeri tutublar.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws