Poeziyasevərlərin nəzərinə !

2016-11-09 15:16:25 / 7661 dəfə oxunub

Hörmətli oxucular !

12 Noyabr saat 15:00-da Kitabevim.az-da tanınmış yazıçı, dramaturq,  filosof Firuz Mustafanın yeni işıq üzü görmüş çoxcildlik  "SEÇİLMİŞ ƏSƏRLƏRİ”nin 1-ci cildinin imza günü keçiriləcəkdir. Vurğulayaq ki, "Ekoprint” nəşriyyatında çap edilmiş bu cildə yazıçının vaxtilə ədəbi jurnallarda ("Azərbaycan” və "Literatura Azerbaydjana”  dərgilərində) çap olunmuş "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilmişdir.

(Ünvan: Puşkin küçəsi 32 a, "AK center”, 2-ci mərtəbə... 28 May metrosunun yaxınlığı...Dəmiryol xəstəxanası ilə yanaşı. Telefon: 012 498 79 89, 055 877 24 44 )

Hər kəs dəvətlidir !

Onu da qeyd edək ki, Firuz Mustafa Azərbaycan Yazıçılar Birliyinin dramatugya bölməsinin rəhbəridir. "Humay” və Cəfər Cabbarlı mükafatları laureatıdır. Dram əsərlərinə onlarla teatrda quruluş verilmişdir. Təkcə bu il (2016-cı ildə) onun pyesləri Rusiya və  Türkiyə teatrlarında tamaşaya qoyulmuşdür. Hazırda Ukrayna, Belorus və İran teatrlarında Firuz Mustafanın əsərlərini səhnəyə qoymaq üçün hazırlıq işləri görülür. Diqqət çəkən nüanslardan biri də budur ki, Azərbaycan ədəbiyyatında  Firuz Mustafaya qədər  heç bir yaradıcı şəxsin bu həcmdə  (30 cilddə) külliyatı  nəşr olunmayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!