Rəmiş: "Övladlarımı qəbul etmirəm"

2016-11-09 17:30:43 / 2123 dəfə oxunub

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) illərdir övladları ilə küsülü olduğunu deyib. 

Axşam.az-ın məlumatına görə, gitara ifaçısı "Evdəkilərə salam" verilişində söyləyib ki, onlarla heç vaxt barışmayacaq.

Rəmiş qardaşlarının da onunla danışmadığını bildirib:

"Övladlarım evimə gəlsə də, qəbul etmərəm. Ərləri də, özləri də mənə qarşı səhv buraxıb. Nəvələrim haqda heç fikirləşmirəm. Yüz nəvəm olsa da, lazım deyil. 1974-cü ildən onlar ayrı tərbiyə ilə böyüyüblər. Bala ataya qarşı səhv buraxanda münasibət alınmır. Hamı balasını çox istəyir. Elə səhvlər var ki, keçmək olmur. Efirdə səbəbləri deyə bilmərəm. 

Bir bacım var, anam onlarda qalırdı deyə, əvvəl evlərinə gedirdim. Anam dünyasını dəyişəndən sonra getmirəm. Bir qardaşım rəhmətə gedib, ikisi sağdı. Deyirlər Gülünü (həyat yoldaşı - red.) boşa, mən də etmirəm. Ona görə də məni danışdırmırlar".



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws