Habil RzaNur Mustafayev - Payımdan çıxıram dünya!

2016-11-09 21:45:41 / 22973 dəfə oxunub

..ALLAHIN ALLAHI YOXDU...

Allahsız Allahlıq edər.
Məzlumun da,ahı yoxdu!
Allah bizim Allahımız,
Allahın Allahı yoxdu!

Dişim dilimi çeynədi,
Sual dilimi göynədir.
Allah,Allahsız nə edir,
Allahın günahı yoxdu?!

Bəs kimə bəllidir bu iş?
Allahsız,günahsız imiş.
Allah da,Allahsız imiş.
Bax bunun,izahı yoxdu!


...SALAM KÜLQABI SALAM...

Nə bəhanə söyləyim?
Sinəmin daşı ağrıyır.
Gecələr vərdişimdi,
Sevgimin dişi ağrıyır.
Beləcə gecə keçər,
səhərlər nə deyim bəs?!
Anamı çox incidir...,
...güclə alıb verdiyim,
bu xışıltılı nəfəs!

Neynim?ölən sevgimə,
papiros kötüyündən,
bir,başdaşı qoymuşam.
Yenə sənə acıyıb,
külqabı doydurmuşam.

Otağım,his,pas dolu.
Paltarlarım ütüsüz.
Nəsə hamı yan keçir,
kimsə söz deyə bilmir.
Elə pintiləşmişəm,
heç mənim bu cismimi,
ruhum da,geyə bilmir!

Hər papiros bir andı.
Sənli bir andı o an.
Yenə görüşündəyəm,
hər tərəf sən olursan.
İnan,ciyərlərimə elə gözəl dolursan.

Dünənim ağır keçib.
Rahat nəfəs almışam.
Bilmirdim ki,görüşə,
gecikib gec qalmışam!

Budur,görüşündəyəm.
Yenə otağımdayam....,
sənsiz gecələr haram!
Bu da,görüş yerimiz.
Salam külqabı....
....Salam...


..SƏNİ BELƏ UNUDARAM...

Səni elə unudaram.
Özümü unudan kimi.
Sən,"səni sevirən"deyən..,
sözünü unudan kimi.

Səni elə unudaram.
Üzürə yetməz zamanın.
Bitər taqətin amanın.
Atılan körpə,ananın...,
..üzünü unudan kimi.

Səni elə unudaram.
Qoymaram bu sevgidən iz.
Elə unudaram ki,qız!
Qaranquş,mart ayından öz..,
..yazını,unudan kimi.

Səni elə unudaram.
Fikirin qarışıq qalar.
Belə unutmağa nə var.
Tənha ac qalan canavar...,
..quzunu,unudan kimi.

Səni elə unudaram...,
..özünə qalmaz gərəyin!
Ötürər vaxtın çörəyin,
Fikirli ana, xörəyin..,
..duzunu unudan kimi!

Səni elə unudaram.
Səni,belə unudaram!
Bircə an da ağlamaram...,
..gülə-gülə unudaram!


.YAĞIŞLAR...

Bu yağan yağışları,
Bir şeirə yığasan.
Və yanan ürəklərin..,
..üstərinə sıxasan.

Sağasan buludları..
..son damlasına qədər.
Harda ki,ayrılıq var.
Yağasan axşam,səhər.

Beləcə sevişdirib,
Yağışla seirləri.
Ömür boyu yazasan,
Yağışlı şeirləri.

Yağışa döndərəsən,
Bu bulud kağızları.
Yağışla dindirəsən.
Lal,sükut kağızları.

Qoymayasan yağışda..
..ayrılanlar odlana.
Bu yazdığın şeirlər..
alovlanan qəlblərin,
yagışları adlana.


...QƏND KİMİ ŞEİR...

Bir şirin şeir olaydı.
Bir şeirlik görüşərdik.
Misraların arxasında,
Rədif-rədif öpüşərdik.

Şevişərdik şeir boyu.
Qolum qoynuna köklənə.
Şeir boyu cüt olaydıq.
Təki dərdimiz təklənə.

Misraya dönə hər telin,
Hər öpüşün bir bənd ola.
Şipşirin şeir doğula,
Şeirin adı qənd ola.

Həqiqət acı olsa da,
Bu şeirdə varsan axı.
Gördün dilin acılaşır-
tapıb bu şeirimi oxu.


...OYNAMIRAM...

Bəsdi oynadın,bəs edər.
Oyundan çıxıram dünya!
Bu yan dəyib bir birinə,
O yandan çıxıram dünya!

Əzdi məni,günahların.
Doğum eviyəm ahların.
Hirsimi, daşın, dağların-
qayandan çıxıram dünya!

Sən oynadın, mən uduzdum.
Senə gəlib, səndə azdım.
Minnət olsun, şeir yazdım.
Payımdan çıxıram dünya!


..ÖTƏNLƏRDƏN..

Bu nəcür yazıdı,bu nəcür qədər?!
Sevginin payızı,yazı da varmış.
Bir qızdan bir öpüş,bir ömür kədər,
Alnıma yazılan yazıda varmış.

Bu dərdlər o boyda ürəyə sığmır.
Bilmirəm alnıma bu necə sığdı?!
Bu lələk sahibi düşünmədimi,
Bu hələ cavandı,axı yazıqdı!

Neyləyim bu dərdlə ah çəkəmmirəm.
Duyanlar deyir ki,ahın dağlara.
Bir qız var bu ahda dağ soyuq olur.
Qıymıram o gözlər,o dodağlara.

Bir öpüş günaha batırdı məni.
Kaş onun üzündən öpərdim gərək!
Öpüşə bakirə dodağdan deyil,

Alnından,gözündən öpərdim gərək..



..SƏN BELƏSƏN..

Gör necə zərifsən,necə də safsan.
Yenicə doğulmuş uşaq kimisən.
Yuxumda nişanlım,şeirdə sözüm,
Xəyalən öpdüyüm dodağ kimisən.

Can verən canımsan,kəsən qılıncım.
Sən mənim imanım,mənim inancım.
Sacların yorğanım,sinən balıncım,
Qısılıb yatdığım yataq kimisən.

Yazın qaranquşu,qışın sərçəsi,
Dağların Kəkliyi,bağın Karcası,
Tanrının ən gözəl şeir parçası,
Alnıma yazılı varaq kimisən.

Nə fəryad,nə nalə,nə bir ah bilir.
Nə qorxu,nə üsyan,nə günah bilir.
Ruhum da sevgini səcdəgah bilir.
Ziyarət etdiyi ocaq kimisən.

Əlimin qabarı,alnımın təri.
Ömrümün bəzəyi,bəzəyin zəri.
İlahi sevginin duracaq yeri,
Tanrının acdığı qucaq kimisən.


............ETİRAF.........

Sinəmdə medal yerisən,
kürəyimdə bıcaq yeri.
Axı necə sevim səni?!
Mən kafir,sən,ocaq yeri.

İndi səni sevmək ücün,
gərək,bir qızı dolayam.
Məni sevmək özü günah,
baş ayaq,günah doluyam.

O qədər yalan danışıb...,
...sıxıb daşı su etmişəm.
Hər qızdan bir öpüş alıb,
sakitcə,gözdən itmişəm.

Günaham başdan ayağa.
Başımın ağ sacı yalan!
Mənə yaman şirin gəlir,
həqiqətdən acı yalan!

İstərsən yalan danışıb..,
..səni,başıma tac qoyum.
Yeyib bütün gəncliyini,
səni,sevgiyə ac qoyum!

Əlimdən gələnim budur,
həqiqət içində yalan.!
Doğurdan,"sevirəm səni",
Yalandan demişdim,inan.

İndi səni sevmək üçün,
gərək,bir qızı dolayam.
Məni sevmək,özü günah,
baş ayaq,günah doluyam.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws