Feysbuk yalan xəbərlərlə mübarizəyə başlayır

2016-11-14 11:52:53 / 1905 dəfə oxunub
Facebook-ın qurucusu və sahibi Mark Zukerberq sosial şəbəkədə yalan məlumatların yayılması ilə aktiv mübarizə aparmaq niyyətindədir.

- İnsanların Facebook-da gördüklərinin 99%-i gerçək xəbərlərdir. Onların çox az hissəsi yalan və uydurmadır. Saxta xəbərlər də hansısa konkret bir mövzuya aid olmurlar,- deyə Zukerberq öz profilində yazıb.

O, qeyd edib ki, sosial şəbəkədə saxta xəbərlərlə mübarizəni gücləndirmək niyyətindədir. Facebook komandası artıq saxtalığı ehtimal edilən xəbərləri xüsusi qeydlə nişanlamağa imkan verən servisin yaradılması üzərində çalışır.


"The Guardian” isə qeyd edir ki, bu problem əslində çoxdan var, sadəcə, ABŞ-da prezident seçkisi zamanı Barak Obamanın diqqət yetirməsindən sonra mövzu yenidən gündəmə gəlib. Belə ki, səsverməyə bir neçə gün qalmış sosial şəbəkədə guya Hillari Klintonun poçtunu araşdıran FBI əməkdaşının intihar etməsi haqqında xəbər yayılmışdı.


Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws