12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi

2016-11-11 15:06:14 / 560 dəfə oxunub

Noyabrın 11-də Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.

Sabahinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tətər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Tədbirdə çıxış edən Qaraağacı kənd tam orta məktəbin müəllimi Rəşad Qarayev, rayon təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuriyev, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev və digərləri Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdilər.

Tədbirdə 26 sentyabr 2016-cı il tarixində keçirilən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının referendumunun xalqımızın rifahı, gələcəyinin təmin olunması baxımından çox böyük əhəmiyyət daşıdığı xüsusi vurğulandı.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws