Layihə davam etdirilir

2016-11-16 10:20:35 / 1562 dəfə oxunub
"Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması”nın ilk tədbiri keçirilib

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir. Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə ilk tədbir keçirilib. İctimai Birliyin sədri Esmira Rəhimovanın verdiyi məlumata görə, tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Bildirilib ki, layihənin vəzifəsi əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunların yeniyetmə və gənclərə tanıdılmasıdır. Layihənin eksperti yeniyetmələri Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumatlandırmaqdır. Boşanmaların sayının azalması və yeni ailələrin daha möhkəm təməl üzərində qurulması üçün Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.


Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws