Qubada dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı layihə icra olunur

2016-11-16 09:21:54 / 1077 dəfə oxunub
Qubada "Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası çərçivəsində tədbir təşkil olunub. Layihə "Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq məqsədi ilə icra olunduğunu bildirib. Layihənin eksperti yeniyetmə və gənclərimizə vətənpərvərlik və vətəndaşlıq hissinin aşılanmasının, maarifləndirmə vasitəsilə yeniyetmə və gənclərin dini radikalizmlə mübarizədə aktiv olmalarının vacibliyindən danışıb. Tədbirdə iştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.


Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws