Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi – RƏSMİ

2016-11-17 23:11:51 / 2480 dəfə oxunub

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. 

sabahinfo.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək. 

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008”də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws