Qadın toyuq kəsə bilərmi?

2016-11-21 10:35:23 / 2403 dəfə oxunub
Qadınlar da kişilər kimi yeyilməsi halal olan heyvanlardan kəsə bilərlər, şəriətdə buna qadağa yoxdur. Mühüm olan şəriətə uyğun kəsməkdir. Heyvanı üzü qibləyə çevirmək, "Bismilləh" (Allahın dı ilə) demək və digər şəriət hökmlərini yerinə yetirməkdir.
sabahinfo.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə heyvan kəsən kənizlər (cariyələr) olub. Kəb İbn Malikin oğlu rəvayət edir ki, atası Kə'b (Allah onlardan razı olsun) belə bir əhvalat danışmışdı: "Mal-heyvan otaran bir kəniz bir qoyunun ölmək üzrə olduğunu görüb, dərhal bir daşı qırmış və onunla həmin qoyunu kəsmişdi. Bu vaxt atası Kə'b ailə üzvlərinə demişdi ki, məsələnin məğzini peyğəmbərdən soruşub öyrənənə qədər o qoyunun ətindən yeməyin. Sonra gedib, bunu peyğəmbərdən soruşmuşdu. Peyğəmbər də onların qoyunun ətini yeməklərinə icazə vermişdi". (Buxari, Zəbəih, 18-19; Vakələt, 4; Muslim, Ədahi, 19; İbn Məcə, Zəbəih, 8; Əbu Dəvud, Ədahi, 3; İmam Məlik Muvatta, Zəbəih, 4; Əhməd ibn Hənbəl, 2/76, 80).
Bu və digər hədislərdən də məlum olur ki, qadınlar da heyvan kəsə bilərlər. Əgər bir müsəlman ailəsində kişi və ya həddi büluğa çatmış oğlan uşağı varsa, daha fəzilətlisi budur ki, heyvanı o kəssin. Əgər belə birisi yoxdursa, qadın özü heyvanı kəsə bilər. Hətta bəzi alimlər evdə kişi olsa da belə, qadının heyvanı kəsməsinin icazəli olduğunu demişlər.


Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws