Daim yuxulayırsınız? - Yuxu testini et, xəstəliyini öyrən

2016-11-21 22:33:14 / 3755 dəfə oxunub

Yuxu dünyadakı bütün canlılar üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bütün canlılar  yatır. Müasir dövrdə hər 3 nəfərdən 1-I həyatının müəyyən dövründə yuxusuzluq problemi yaşayır. Türkiyəli həkim Firuz Çelikoğlunun sözlərinə görə, bu vəziyyət 2 həftədən çox davam edərsə, "insomnia” deyilən yuxusuzluq xəstəliyi ortaya çıxır. Həyatımızın bir parçası olan cib telefonları və kompüter ekranlarının parlaq işıqları belə yuxu hormonu olan melatonin tarazlığını pozaraq yuxusuzluğa yol açır. Yuxusuzluğa səbəb ylnız bunlardırmı? Siz də gecə yaxşı yatdığınız halda özünüzü yuxulu hiss edirsiniz? Oyandıqda bədəninizi bir neçə dəqiqə hərəkət etdirə bilmirsiniz? Yatmaq üçün yerinizə uzandıqda ayaqlarınız tez-tez qıcolma yaranır? Aile.lent.az mütəxcəssisin bu barədə fikirləri ilə sizi də tanış edir.

 

İlk növbədə onu bildirək ki, iş saatları, tez-tez edilən səfərlər, şəhərdən-.əhərə köçmələr, tez-tez iş yerini dəyişdirmək kimi faktorlar və həyat stressləri də cəmiyyətdə yuxusuzluğu artıran səbəblərdəndir: "Yaxşı yuxu uşaqlarda beyin inkişafını və fiziki böyüməni inkişaf etdirir, yetkin yaşda olan insanlarda isə immunitet sistemini təsir edə bilir. Ürək, yüksək təzyiq, nəzarət edilə bilməyən diabet kimi bir çox xəstəliyin başlıca səbəbi də yuxu pozuqluqlarıdır.  Yuxusuzluq probleminin erkən yaşlarda olan kişilərdə daha tez-tez müşahidə edilir. Menopozdan sonra qadınlarla kişilər arasındakı nisbət bərabərləşir. Hormonal dəyişikliklər də bəzi yuxu pozuqluqlarının əhəmiyyətli səbəblərindən biridir. Bunu da vurğulayaq ki, müasir dövrdə yuxusuzluq yalnız yetkin insanlarda deyil, uşaqlarda da rst gəlinir”.

 

Yuxu rejiminizi yoxlamaq üçün bu testi edə bilərsiniz. Aşağıda qeyd edilən maddələri "Bəli” və ya "Xeyr” olaraq cavablandırın.

 

1. Xatırlamadığım halda yatdığım zaman xoruldadığım, burnumun tıxandığı və ya nəfəsimin dayandığı deyilir.

2. Yüksək təzyiqim var.

3. Gecə boyu ürək döyüntüsü və ya ürək atması hissiylə oyanıram.

4. Gecə yaxşı yatdığım halda gün ərzində özümü yuxulu hiss edirəm.

 5. Avtomobil sürən zaman və ya iş yerimdə həddindən artıq yuxu ehtiyacı duyuram.

6. Səhər yuxudan yorğun oyanır və bəzən oyandıqda baş ağrısı hiss edirəm.

7. Gün ərində qarşısını ala bilmədiyim mürgüləmə olur.

8. Yuxuya gedərkən və ya oyanarkən yuxuya bənzəyən səs və ya xəyallar görürəm.

9. Oyandıqda bədənimi bir neçə dəqiqə hərəkət etdirə bilmədiyim anlar olur.

10. Əsəbləşdikdə, təəccübləndikdə və ya qorxu hissi etdikdə qəfil yuxuya daldığım anlar olur.

11. Gecə boyu qol və ayaqlarımda atmalar olduğu və yanımdakı insane dəydiyim deyilir.

12. Yatmaq üçün yerimə uzandıqda ayaqlarımda tez-tez uyuşma hiss edirəm.

13. Çox zaman gecələr ayaqlarım keyidiyini hiss edirəm, yuxudan oyanıram və bundan xilas olmaq üçün ayağa qalxıb yeriməyə ehtiyacı duyuram.

14. Tez-tez qorxuducu yuxulardan narahat oluram.

15. Yuxu əsnasında yeridiyim, danışdığım və ya dişlərimi qıcadığım deyilir.

16. İş proqramım dəyişdikdə və ya təyyarə səfərlərindən sonra özümü yorğun və yuxulu hiss edirəm.

 

Yuxunuzu dəyərləndirin

 

 - Əgər 1-dən 6-ya qədər olan suallara iki və ya daha çox "Bəli” deyirsinizsə, sizdə yuxusuzluq  ola bilər. Yuxusuzluq gecə yuxu əsnasında insanın yüzlərlə dəfə nəfəsinin dayandığı, ciddi ürək-tənəffüs problemləri yaradaraq həyatı təhdid edə bilən xəstəlikdir və mütləq müalicə edilməlidir.

 

 - Əgər 7 - 10 arasındakı suallara iki və ya daha çox "Bəli” deyirsinizsə, sizdə narkolepsi (gün ərzində qarşısı alınmayan yuxuya dalma) adlı  tibbi narahatlıq var.

 

 - Əgər 11, 12 və 13-cü suallara "Bəli” deyirsinizsə, periodik ayaq sıxılmaları və ya "narahat ayaq sindromu” kimi tanınana problem yaşayırsınız. Bu vəziyyət qan təzyiqini yüksəldən xəstəlik halları və ya bəzi nevroloji xəstəliklər zamanı ortaya çıxır və müalicə edilmədiyi təqdirdə yuxusuzluğa səbəb ola bilər.

 

 - Əgər 14, 15 və 16-cı suallara "Bəli” cavabını verirsinizsə, sizdə "parasomnia” adlı yuxuda  gəzmək, danışmaq, gecə kabusları və ya diş qıcama əlamətləriylə ortaya çıxan narahatlıq ola bilər.

 

6 sualda yuxu problemi

 

  1. Neçə dəqiqəyə yuxuya keçməlisiniz?

 

30 dəqiqə ərzində yuxuya getmək, yuxu əsnasında tez-tez oyanmamaq, səhər yuxudan gumrah formada oyanmaq insanın sağlam yuxu yatdığını ən əhəmiyyətli göstəriciləridir.

 

  1. Gündə 8 saat yatmaq şərtdirmi? 

 

"Gündə 8 saat yatmaq vacibdir” inancı mütəxəssislər tərəfindən düzgün hesab edilmir. Həkim Firuz Çelikoğlu bunun ümumi bir müddət olduğunu deyir. Bəzi insanlar yuxularını 4 saatda da ala bilərlər. Əhəmiyyətli olan səhər yataqdan dinc qalxmaqdır.

 

  1. Keyfiyyətsiz yuxu nələrə səbəb olur?

 

 Keyfiyyətli yuxu yata bilməmək qəza törətmək təhlükəsi, tez-tez xəstələnmək, əsəbi və davakar olmaq kimi xüsusiyyətlər yaradır.

 

  1. Xərçənglə yuxusuzluq arasında bir əlaqə varmı?

 

Xərçənglə immun sistem arasında bir əlaqə olduğu ifadə edilir. Yuxusuzluqdan qaynaqlanan immunitet sistemi zəif bədəni müdafiəsiz edərək, başda xərçəng olmaqla bir çox xəstəliyə dəvətnamə yollayır. Bununla yanaşı siqaret, narkotik, spirtli içkilər və piylənmənin də yuxusuzluq üzərində mənfi təsirləri olduğu sübut edilib.

 

  1. Yuxu problemli yaşayan peşə insanları hansılardır?

 

Yuxusuzluq problemi bəzi peşə qruplarından olan insanlarda daha çox rast gəlinir. Bu baxımdan, polislər, həkimlər, media işçiləri və pilotlar ən çox yuxusuzluq yaşayan peşə qrupu mənsubları arasındadır.

 

  1. Nə zaman həkimə getmək lazımdır?

 

Yuxusuzluğunuz 3 həftədən uzun davam edirsə, demək, bu problem müvəqqəti deyil. Ona görə də tibbi baxımdan həll edilməsini göstərən psixoloji bir problem olduğuna işarədir.

 

Yaxşı yuxu üçün bunlara diqqət edin

 

Yuxusuzluğun mümkün səbəbləri

  • Yuxu tənəffüs pozuqluğu (xoruldama, yuxusuzluq)
  • Xərçəng, anemiya, astma kimi bəzi sistematik xəstəliklər
  • Psixoloji narahatlıqlar
  • Ağrıya səbəb olan problemlər
  • Əlverişsiz iş saatları
  • Tez-tez səyahət etmə
  • Ekologiya, yataq otağı, yataq rahatlığı kimi xarici faktorlar
  • Yaxşı havalandırılmayan yataq otağı
  • Daimi saatlarda yatamaq
  • Yumşaq olmayan, sərt yataq
  • Yuxunun səssiz bir mühitdə reallaşması
  • Otağın qaranlıq olması
  • Yatmağa yaxın yemək yeməmək
  • Yatmazdan əvvəl içki içməmək kimi faktorlar yuxu keyfiyyətini artıraraq yuxusuzluğu azaldan səbəblərdir.

 

Gecə tez-tez oyanırsınızsa, mütləq həkimə müraciət edin

 

Yuxu problemləri yaşayan insanların çoxu həkimə getməyə ehtiyac duymur. Mütəxəssislər bildirilər ki, problemlərinizi fərq etmək çox əhəmiyyətlidir. Yorğunluq, xoruldama, gecə yuxudan oyanmaq və gündüzlər yuxulamaq hallarına ciddi yanaşmamaq gələcəkdə qarşısını ala bilməyəcəyiniz xəstəliklərə səbəb olar. Yuxu pozuqluqlarının  80 faizi yuxusuzluqdan qaynaqlandığı üçün bu problemi yaşayan insanlar mütləq həkimə müraciət etməlidirlər.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws