Azərbaycan futbolunda danışılmış oyunlar qalmaqalı

2016-11-22 16:47:55 / 1373 dəfə oxunub

AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq, cəza tədbirləri görüb.

sabahinfo.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.

Komissiyanın qərarına əsasən, "Rəvan"ın 7, "Göyəzən" və "Energetik"in hərəyə 3, "Şərurspor" və "Bakılı"nın hərəyə 2, "Şahdağ"ın 5 futbolçusu, eləcə də Qusar komandasının inzibatçısı ilə bir hakim bu işdə şübhəli bilindikləri üçün araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Həmin şəxslər bunlardır:

"Şahdağ”: Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov, Faik Ağarəhimov, Rafael Kübərov (İnzibatçı)

"Rəvan”: Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov

"Bakılı”: Bəhram Bəhramzadə, Xəzər Qəribov

"Göyəzən”: Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski

"Energetik”: Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev

"Şərurspor”: Mehdi Rəsulov, Samir Musayev

Hakim: Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws