Qadın boksçumuz Avropa çempionatının finalına yüksəlib

2016-11-22 20:00:38 / 896 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının yarımfinal görüşlərinə start verilib. 

 

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanın yarımfinala yüksələn qadın boksçularından ilk olaraq rinqə 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova çıxıb. 

 

O, fransalı Delfin Mançinilə döyüşdən qalib ayrılıb. Digər cütün qalibi isə rusiyalı Viktoriya Kuleşovanı məğlub edən ev sahibi Stanimira Petrova olub. Əlimərdanova ilə Petrova arasındakı final görüşü noyabrın 23-də olacaq. 

 

Az sonra digər yarımfinal görüşləri olacaq. Yelena Vıstropova (69 kq) rusiyalı Səadət Abdullayevanı, Leyla Cavadova (81 kq) türkiyəli Elif Güneri, Aynur Rzayevadı (+ 81 kq) isə daha bir rusiyalı Zemfira Maqomedaliyevanı sınağa çəkəcək. 



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws