Xəyalə Sevil - Üzü qışa tutduq ürəyimizi

2016-11-23 09:40:21 / 11475 dəfə oxunub

Sən mənim xəyal yoldaşım

Əvvəl saçlarımı kəsdirdim, Sonra qollarımı tulladım Yanımdakı boşluğa. Mən alışdım təkliyə, Sən alışdın sərxoşluğa.

İçimə atdım səsimi, İçimdə qulaq batır. İndi gücüm nə ölməyə, Nə də yaşamağa çatır.

Sən mənim xəyal yoldaşım, Ayrılığın adını qoy. Həyatına sevmədiyin qadını qoy. Ağla, Gözlərin boşalsın. Sonuncu axşamdan yazıram sənə, Bütün gecələrin xeyirə qalsın. Sən mənim xəyal yoldaşım

Sən mənim xəyal yoldaşım, Ayrılığın adını qoy. Həyatına sevmədiyin qadını qoy. Ağla, Gözlərin boşalsın. Sonuncu axşamdan yazıram sənə, Bütün gecələrin xeyirə qalsın.

Susdum

Susdum, danışmadım onda, Susdum ki, başa düşəsən. Ağlamadım sən gözümdən düşəndə, Qorxdum, yağışa düşəsən... İndi Üşüyən əllərimi Ciblərim ovudur. Gözlərimi yumub gizlədirəm Təəssufümü, gileyimi. Görürsənmi? Sən də ferqli deyilsən, Məni bütün unudanlar Eyni cürə unudur.

Sağ çıxa bilmədik...

Yox! Səni də qınamıram, Yox! Məni də qınama. Alnımıza yazılanın Günahkarı biz deyilik. Bir sən varsan bu dünyada, Bir mən varam, Amma, ikimiz deyilik.

Göyə qaldırdığım xəyallar daha Gözümün altında uçuq qalacaq. Eh! Qapım üzünə bağlı olsa da Pəncərəm həmişə açıq qalacaq.

Üzü qara olsun bu ayrılığın, Ağ çıxa bilmədik. Bircə onu bilirəm ki, Bədənimizin sol tərəfindən Sağ çıxa bilmədik.

Səndən nə qaldı ki...

Sonra gözəl-göyçək ayrılıq gəldi, Sonra gözəl-göyçək ayırdı bizi. Arxanca uzanan əlim gödəldi, Üzü qışa tutduq ürəyimizi.

Səndən nə qaldı ki, eh... Səndən heç nə, Bir azca peşmanlıq, bir azca hüzün. Sən məni hamıdan yaxşı tanıdın, Mən səni tanıya bilmədim, quzum.

Ölü doğulubdu məhəbbətimiz, Daha yanağımda axınım sənsən... ... Bir az uzaq dayan, uzaq ol mənə, Hələ də hamıdan yaxınım sənsən..

Son xəbərlər

~120x240 Beyaz Sud

Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws