Ağdam sakinləri qaz üzünə həsrət qalıb

2016-11-23 15:03:48 / 1529 dəfə oxunub

Havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq Ağdam rayonuna qaz verilmədiyi deyilir.

sabahinfo.Az xəbər verir ki, qazın gəlməməsindən şikayət edən bir qrup sakinlər Ağdam rayon icra hakimiyyətinə şikayətə gediblər. İcra hakimiyyətindən bildiriblər ki, məsələ ilə bağlı müvafiq orqanlara müraciət edəcəklər.

Rayon sakinlərinin verdiyi məlumata görə, Ağdam rayon Qaz İstismar İdarəsindən isə bildiriblər ki, dekabr ayının 1-ə qədər qaz gözləməyin.

Noyabr ayının 15-dən ölkədə qış rejiminə keçilməsinə baxmayaraq Ağdama ümumiyyətlə qaz verilmir. Evlərin istiliyini qazla təmin edən rayon sakinləri, yeni vasitələr axtarmağa başlayıblar.

Məsələ ilə bağı araşdırma aparan zaman məlum oldu ki, xüsusən məcburi köçkünlərin yaşadığı qəsəbələrə qaz verilmir. 10 günə yaxındır ki, "Alıbəyli-1" və "Alıbəyli-2" qəsəbəsi qazsızdır. Ağdam rayon sakinlərinin sözlərinə görə, Azəriqazın qaynar xəttinə edilən zənglər cavabsızdır.

Qeyd edək ki, Azəriqazın qaynar xəttinə zəng etməyə çalışsaq da, telefona cavab verən olmadı.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws