“WhatsApp” növbəti yeniliyini təqdim etdi

2016-11-24 09:40:13 / 7296 dəfə oxunub

"WhatsApp” daha bir gecikmiş yeniliyini təqdim edib. 

sabahinfo.Az xəbər verir ki, sosial platfomaya bundan sonra, göndərilən videoları yükləmədən izləmək mümkün olacaq. 

Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki onlar videonu açıb izləmək üçün onu yükləməli idi ki bu da bir qədər vaxt itkisinə səbəb olurdu. Yeni funksiya ilə artıq bu problem həll olunacaq. 

Yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcəklər.

Qeyd edək ki, istər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır.

Belə ki, WhatsApp”-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi. 

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!