Azərbaycanın qadın boksçusu Avropa çempionatında medal qazanıb

2016-11-23 19:20:06 / 1538 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final görüşləri start götürüb.  

sabahinfo.Az Report-a istinadla xəbər verir ki, Azərbaycanın finala yüksələn təmsilçilərindən ilk olaraq rinqə 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova çıxıb. O, yerli boksçu Stanimira Petrova ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüşdən məğlub ayrılan Əlimərdanova çempionatın gümüş medalını qazanıb.

Az sonra 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər qadın boksçu Yelena Vıstropova da final görüşünə çıxacaq. Həlledici qarşılaşmada onun rəqibi türkiyəli Sema Çalışkan olacaq.

Xatırladaq ki, Azərbaycanın daha 2 qadın boksçusu - Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81 kq) ötən gün Avropa çempionatının bürünc medalını qazanıblar.




Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws