Ermənistanda toyda olan Nazilə: "Millətin düşməni oldum" - FOTO

2016-11-24 16:02:24 / 3674 dəfə oxunub

Milli.Az Ermənistana həmkarınının toyuna getdiyi üçün qınaq obyektinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyevanın missiya.az-a müsahibəsini təqdim edir.

- Ermənistana toya getməyinizə görə Azərbaycan mediasında tənqid olundunuz. Buna münasibətiniz necədir? 

- Mənə çox pis təsir etdi. Mən vətənpərvər qızam. Həmişə Azərbaycanı dəstəkləmişəm. Sosial şəbəkədə də paylaşımlar edirəm. Bunu heç kim görmür, amma bir dəfə Ermənistana gedən kimi, "millətin düşməni" oldum. 

- Siz İrəvana tez-tez gedirsiniz? Orada necə qarşılandınız? 

- Orada ilk dəfə idim. Normal qarşıladılar. 

- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusuz? 

- 3 il əvvəl. 

- Ermənistana getməyinizi ailəniz necə qarşılayıb? 

- Mənim ailəm çox adekvatdır. 

- Sizin qohumlarızdan Qarabağ müharibəsində iştirak edən olub? 

- Bəli, olub. 

- Onların reaksiyası necə olub? 

- Normal. İki tərəfin də anaları müharibədə oğullarını itirib. Qohumlarım mənə qarşı çıxmayıblar. Onlar buna pis baxmırlar. 

- Evdə hansı dildə danışırsınız? 

- Həm Azərbaycan, həm də rus. 



- Əslən haralısınız? 

- Valideyinlərim Gürcüstandandır. Qardabani və Rustavi. Mənim ailəmdə hamı azərbaycanlıdır. 

- Rusiya vətandaşlığını qəbul etmisiniz? 

- Bəli. 

- Siz erməni stilist Qoar Avetisyan ilə nə vaxtdan işləyirsiniz? 

- Artıq 4 ildir onunla işləyirəm. Əvvəl heç kimlə işləməmişəm. 

- Siz gələcəkdə erməniyə ərə gedə bilərsiniz? 

- Xeyr, heç vaxt erməniyə ərə getmərəm. Başqa bir millətin nümayəndəsi ilə ailə həyatı qura bilmərəm. 

- Azərbaycan şou-biznesində məşhurlardan tanışınız var? Ümumiyyətlə, kimə qulaq asırsınız? 

- Mahnılarımız xoşuma gəlir. İnstaqram səhifəmdə hərdən paylaşıram. Özüm oxuyuram. 

- Daha çox Üzeyir Mehdizadədən paylaşırsınız. 

- Bəli. Üzeyir yaxşı oxuyur. 

- Əlavə etmək istədiyiniz nə isə varmı? 

- İstəyirəm ki, sülh olsun. Müharibəsiz dünyada yaşayaq. Qarabağ müharibəsində dünyasını dəyişmiş insanlara Allah rəhmət etsin, oğullarını itirmiş anaların başı sağ olsun.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws