Qəbələ təhsilinin uğurları

2016-11-27 12:59:45 / 7726 dəfə oxunub
Məlumdur ki, milli yüksəlişin təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu sahəyə xüsusi diqqətin yetirilməsi göstərir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.


Bunun üçün də təhsil sistemində köklü islahatlar aparılması dövlətin ali məqsədinə çevrilib. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasəti bu həqiqəti bir daha sübut edir. Ulu öndər bu sahəyə xüsusi həssaslıqla yanaşaraq daim qayğı və diqqət göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayıb: "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.Bugün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həuyata keçirilən uğurlu siyasətdə təhsilin inkişafı ön sıralardadır. Bu sahədə həyata keçirilən islahatlar Azərbaycan təhsilini daha yüksək səviyyələrə qədər yüksəlməsinə zəmin yaradıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da bu istiqamətdə əvəssiz xidmətləri var. Biz bütün bunları paytaxdan savayı region məktəblərinin timsalında da görürük. Bu yaxınlarda Qəbələ Rayonunda olduq. Rayonda həyata keçirilən uğurlu işlərlə tanış olduq. Bütün bunların fonunda onu qeyd edək ki, Qəbələ rayonu sürətlə inkişaf edir. Həyata keçirilən uğurlu işlər sayəsində rayonun siması dəyişilib. Yeni-yeni yollar salınır,binalar tikilir,iş yerləri açılır,bir sözlə rayonumuz abadlaşır.Bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün kadr siyasətinin nəticəsidir,nəinki Qəbələmiz Azərbaycanın bütün rayonları bax belə sürətlə inkişaf edir.Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli məktəbin direktoru Təranə Səlimovasöhbətimiz də maraqlı oldu. Təranə xanım Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli məktəbin  son üç ildə qazandığı uğurlardan danışdı.
Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri

-Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının davamlı inkişafı Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Təhsil sahəsində islahatlar və dövlət proqramları həyata keçirilir. Rəhbərlik etdiyim Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Təhsil islahatları və dövlət proqramlarından irəli gələn vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Məktəbimizin ən böyük uğuru ondan ibarət olmuşdur ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə "İlin ən yaxşı ümumi təhsil müəssisəsi”müsabiqəsinin qalibi oldu.Ömrünü gələcəyimiz olan şagirdlərin  yolunda şam kimi əridən müəllimlərimizin fədakar əməyinə bundan böyük qiymət ola bilməz.

Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri


Respublikamızda həyata keçirilən Təhsil islahatına fəal surətdə qoşulan Qəbələ şəhər 2 nömrəli tam orta məktəb üçün ötən tədris ili uğurlu olmuşdur. TQDK-nın statistik hesabatına əsasən,2014-2015-ci tədris ilində məktəbi bitirən məzunlarımızdan 37 nəfəri ali məktəblərə sənəd vermiş,onlardan 19 nəfəri tələbə adına layiq görülmüşdür Sevindirici haldır ki, məzunlarımızdan 2 nəfəri 600-dən,3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.Ali məktəblərə yüksək balla qəbul olunan məzunlarımızın sayı ilbəil artmaqdadır.Onu da qeyd edim ki, 2014-2015-ci tədris ilində Mustafayeva Lalə Azər qızı məktəbi qızıl medalla bitirmişdir. Qürurla qeyd etmək istəyirəm ki, Mustafayeva Lalə həm də fənn olimpiadalarının respublika turunda biologiya fənni üzrə respublika birincisi olmuş və qızıl medala layiq görülmüşdür.Bütün bunlar məktəbimizin pedaqoji kollektivini nəinki sevindirir,bizim məsuliyyətimizi daha da artırır,daha yaxşı işləməyə sövq edir.
Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri


Məktəbimizin daha bir məzunu Aslanova Fidan Natiq qızı 47-ci beynəlxalq kimya olimpiadasının zona turunun iştirakçısı olmuşdur.Yeri gəlmişkən,Fidan Aslanova 680 bal toplayaraqBakı  Ali Neft Məktəbinin tələbəsi adına layiq görülmüşdür. 2015-2016-cı tədris ilində də uğurlarımız çox olmuşdur.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 oktyabr 2015-ci il tarixli 1009 nömrəli əmrinə əsasən, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli –mənəvi dəyərlərimiz haqqında düşüncələrim”mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səfərəliyeva Gültəkin Sadiq qızı  I dərəcəli diplomla təltif edilmiş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Bir ildir ki,xüsusi istedadlı şagirdlərə fərdi yanaşılır.Onların olimpiada və müsabiqələrdə qələbə qazanmaları üçün əlavə dərslər keçirilir. İstedadlara fərdi yanaşmanın nətcəsidir ki,məktəbimizin XI sinif şagirdi Qurbanova Nigar Arif qızı 2015-2016-cı tədris ilində fənn olimpiadalarının respublika turunda tarix fənni üzrə respublika birincisi olmuş və qızıl medala layiq görülmüşdür. Ötən tədris ilində biologiya, bu tədris ilində tarix fənni üzrə respublika birincilərinin sırasında olmaq bizi qürurlandırır.Bütün bunlar məktəbimizdə bu fənnin tədrisinin yüksək səviyyədə olduğunun göstəricisidir.Səfərəliyeva Gültəkin Sadiq qızı məktəbi qızıl medalla bitirmişdir.2 saylı tam orta məktəb respublikada bir tədris ilində 2 qızıl medala layiq görülən yeganə məktəblərdən biridir. Qəbələ şəhər 2 nömrəli tam orta məktəb müntəzəm olaraq respublika səviyyəli layihələrdə fəal iştirak edir. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik” proqramı çərçivəsində " Qardaşlaşmış məktəblər” layihəsinə qoşulan 2 nömrəli tam orta məktəb Qazax rayon 1 nömrəli tam orta məktəblə əməkdaşlıq edir. Məktəbimizdə Bilik Fondunun xətti ilə " Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində Almaniyalı Qorqudşünas alimlər: Almaniya Federativ Respublikası Vurstburq Universitetinin professoru Siqliendil Hartman və Augsburq Universitetinin professoru Klaus Volfun iştirakı ilə məktəbimizdə "Kitabi-Dədə Qorqud” eposu ilə bağlı dəyirmi masa keçirilmişdir. 2015-ci ilin noyabrında Qəbələ rayonunda Bilik Fondunun nümayəndələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının 11 aliminin iştirakı ilə keçirilən "Qafqaz Albaniyası: tarixi həqiqətlər” mövzusunda elmi-praktik konfransda məktəbimizin tarix müəllimləri xüsusi fəallıq göstərmişdir.Son bir ildə məktəbimizin müəllimləri və şagirdləri Bilik Fondunun təhsil mövzusunda keçirdiyi 4 videokörpüdə fəal iştirak etmişlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əiyevin sərəncamı ilə 2016-ci il " Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizm ili ilə bağlı olaraq məktəbimizdə müəyyən işlər görülmüşdür. Belə ki, milli-etnik zənginliyin ən mükəmməl təcəssümü olan Qəbələdə 4 mart 2016-cı ildə keçirilən respublika səviyyəli "Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfransda 2 nömrəli məktəbin şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya xüsusi marağa səbəb olmuşdur. 2016-ci ilin yanvarında məktəbimizdə rayon məktəblərinin müəllim ,valideyn, şagirdlərinin və azsaylı xalqların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Rayonumuzda yaşayan udin, ləzgi xalqlarının dillərində nəşr olunan dərsliklər,jurnal və bədii əsərlərdən ibarət sərgi nümayış etdirilmişdir.Bu tədbir rayon ictimaiyyətinin marağına səbəb olmuşdur.5 may 2016-ci ildə məktəbimizdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqşunası Tural Şahbazovun iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisidir” mövzusunda elmi praktik- konfrans keçirilmişdir.Respublika səviyyəli tədbirlərə hazırlıq və onların yüksək səviyyədə təşkili məktəb rəhbəri tərəfindən həyata keçirilmişdir.
W1siziisijiwmtuvmdyvmtuvnwr4mjv3ng45yv8xnzgwmy5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=0e2a12319d60e023

Məktəbin X sinif şagirdi Muradova Cəmilə Fərman qızı Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən " Kitabi-Dədə Qorqud” və H. Fridrix fon Dits -200 beynəlxalq şagird konfransında " Kitabi-Dədə Qorqud- xalqın yaratdığı tarixdir” mövzusunda elmi məqalə ilə çıxış etmiş, xüsusi diplomla təltif edilmişdir. Məktəbimiz respublika səviyyəli rəsm,şeir,inşa müsabiqəsində də fəal iştirak edir. Belə ki, məktəbimizin XI sinif şagirdi Mustafazadə Xəzanə Gündüz qızı Bilik Fondunun respublika məktəbləri arasında keçirdiyi "Vətənin pərvəri ol” inşa müsabiqəsində diploma layiq görülmüşdür. Məktəbimiz bir ildir ki, pilot layihələrdə də iştirak edir. " Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsində məktəbimizin IV sinif şagirdləri fəal iştirak edirlər. Azərbyacan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə XI sinif şagirdləri üçün Heydər Əliyev irsinin öyrədilməsinə həsr olunmuş xüsusi dərslərin keçirilməsi təşkil olunmuşdur.Şəhər 2 nömrəli tam orta məktəbin rəhbərliyinin təşəbbüsü ilə bu məktəbdə xüsusi cədvəl üzrə I-X siniflərdə müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə həsr olunmuş dərslər keçirilmiş, videoçarxlar nümayiş etdirilmişdir. Məktəbimizə müasir təlim texnologiyalarının tətbiqi və ondan səmərəli istifadə bir daha təhsil göstəricilərinin yüksəlməsinə gətirib çıxarmışdır. Məktəbin riyaziyyat müəllimi Kərimova Natella İsmayıl qızı Qəbələ təhsilində ilk dəfə olaraq elektron lövhə vasitəsilə bir neçə açıq dərs keçirmişdir. Həmin müəllim "elektron lövhə ilə tərtib olunan ən yaxşı dərs” nominasiyası üzrə müsabiqədə də iştirak etmişdir. Bu müəllimin qabaqcıl iş təcrübəsi rayonun digər müəllimləri tərəfindən də öyrənilir.Həmin müəllim tərəfindən elektron lövhə ilə işləmə bacarığı digər müəllimlərə də öyrədilir. Valideynlərin təhsil idarəedilməsində, məktəb tədbirlərində iştirakı təmin edilmişdir. Qəbələ şəhər 2 nömrəli tam orta məktəb ölkə Prezidentinin ,Azərbaycan Respublikası Təhsil Nazirliyinin və rayon rəhbərliyinin təhsilə olan diqqət və qayğısını daim öz üzərində hiss edir. Əminliklə qeyd edə bilərəm ki, bu qayğıdan ruhlanan və yeni təhsil strategiyasını əsas prinsiplərini əldə rəhbər tutan kollektivimiz daha böyük uğurlara imza atacaq, məktəbimizin respublika səviyyəli nümunəvi təhsil ocağına çevrilməsi üçün əlindən gələni əsirgəməyəcək.


Sonda biz də kollektivimi adından Təranə xanıma və rəhbərlik elədiyi kollektivə yeni-yeni uğurlar arzulayırıq.


Son xəbərlər
Bu rayonlarda qaz olmayacaq
2017-02-21 12:35:26
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws