“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər

2016-11-21 19:47:52 / 463 dəfə oxunub

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olan rayon məktəbliləri geri döndülər.

Əvvəlcə məktəblilər rayonun girişində ağac əkdilər. Sonra xüsusi ayrılmış avtobusla Tərtər Rayon İcra Hakimiyyətinin qarşısına gəldilər. İştirakçıları rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeyinlər qarşıladılar.

Sabahinfo.az xəbər verir ki, iştirakçılarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onların səfər təsüratlarını öyrəndi və təhsillərində uğurlar arzuladı.

Məktəblilər cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. Lənkəranda "Dairəvi qala”, "Qoşa qala qapıları”, "Mayak” binası, "Xan sarayı”, Astarada "Yanar bulaq”, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq yaddaşlarından heç vaxt silinməyəcəyini dedilər.

Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkildi.



Son xəbərlər
Azərbaycanda qar uçqunu oldu
2017-02-17 13:56:30
Enterobioz bizquyruğu
2017-02-17 12:10:46



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws