UNICEF-in nümayəndələri Tərtərdə

2016-11-24 18:50:53 / 1648 dəfə oxunub

BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən "Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə UNICEF-in nümayəndələri Tərtərdə olmuş, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və icra hakimiyyəti ilə onların əməkdaşlığının möhkəmləndirilməsidir.

UNICEF-in nümayəndələri ilə rayon icra hakimiyyəti başçısının görüşündə rayon rəhbərinin fikir və təklifləri dinlənilmişdir. Sonra nümayəndələr 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvləri ilə görüşmüş, onların arzu və təklifləri ilə maraqlanmışlar.

Sonda xatirə şəkli çəkilmişdir.



Son xəbərlər
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws