Monitorinq baş tutdu

2016-11-28 15:52:17 / 2075 dəfə oxunub

Noyabrın 28-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Jiri Aberle Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Sonra nümayəndələr aprel hadisələri zamanı Tərtər rayonunun erməni silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində Tərtər şəhərində ziyan çəkmiş evlərin sakinləri ilə görüşüb, evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Monitorinq insidentsiz başa çatıb.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws