Beyləqan rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” qeyd edilib

2016-11-22 16:01:27 / 405 dəfə oxunub

22 noyabr 2016-cı il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı qeyd edilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər-çiçəkl düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək bu bayramın Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis olunduğunu söylədi.Ulu Öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladan V.Abdullayev qeyd etdi ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxsaylı ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir.V.Abdullayev çıxışında qeyd etdi ki,bu gün Azərbaycanda müşahidə olunan inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir.

Sonra Beyləqan rayon Məhkəməsinin hakimi Nəsrulla Əliyev, rayon Prokuroru Azər Osmanov və başqaları çıxış edərək başda Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini bu peşə bayramı günü münasibətilə təbrik etdi və işlərində yeni-yeni nailiyyətlər arzuladı.
Sonda rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Ədliyyə işçilərini peşə bayramı münasibətilə bir daha təbrik etdi və bir qrup Ədliyyə işçilərinə mükafat təqdim etdi.



Son xəbərlər
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws