Ayan Rzayeva - Gecikmiş məktub

2016-11-30 21:42:35 / 11915 dəfə oxunub

     Kənddən ayrılandan sonra Bakıya tərəf irəliləyən Əjdər hara getdiyini bilmirdi. Buralar Əjdərə tamam başqa bir yer kimi görünürdü. Bir anlıq kəndə - qoca anası Xalidənin yanına qayıtmaq istədi. Onun qışda nə ilə dolanacağını fikirləşdi. Şiddətlə əsən külək onu bu fikirən yayındırmağı bacardı. Daha sonra isə- mənə nə? Mən daha gəncəm. Bakıya özüm üçün işləməyə gəlmişəm. O,özü- özünə baxar – deyə yoluna davam etdi.

Xalidə 65 yaşında, oğlu Əjdərdən başqa kimsəsiz olan bir yaşlı qadın idi. Əjdər hələ kiçik ikən atası müharibədə həlak olmuşdu. Əjdər şəhəri gəzib bir dükanın yanına gəlib çıxdı. Dükanın qapısının üzərində "işç tələb olunur,” -deyə yazı vardı. Əjdərin iri gözləri dükanı nəzərdən keçirdi. Həvəsləndi. Qapını taqqıldadıb içəri daxil oldu. Dükan sahibi ona diqqətlə baxıb dedi:

-Deyəsən,işə görə gəlmisən.

- Bəli.

Dükan  sahibi Əjdəri bir qədər süzüb ondan soruşdu 

- Hardansan,nəçisən?

- Mən kənddən gəlmişəm,iş axtarıram.

O əjdərlə söhbət etdikdən sonra sabah işə gəlməsini tapşırdı: Sabah  burada ol və dükan işlərində mənə kömək et. Bundan başqa bağım da var. Orada ağaclara da qulluq edəcəksən. Həe gün səhər tezdən qalxıb çiçəkləri sulayıb,meyvələri səbətə yığıb dükana gətirəcəksən. Bu qədər iş Əjdərə çətin gəlirdi. İndiyə qədər əlini ağdan qaraya vurmayan Əjdər anasını xatırladı. Məcbur olub razılaşdı.

  Dükan sahibi:

- Adım Rəhimdir, küçədəki uşaqlardan xəbər al,evimi göstərəcəklər...

Əjdər uşaqların köməyi ilə Rəhimin evinə çatdı. İçəri daxil oldu. Rəhimin yoldaşı Südabə Əjdərə baxıb: səni Rəhim göndərdi?

-Hə,o göndərib.

Südabə Əjdərə qalacağı yeri göstərdi.Hava qaralırdı. Əjdər bütün günü şəhəri dolaşmaqdan yorulmuşdu.Bir qədər yuxuya getmişdi ki,qpının səsinə oyandı. Qapını açanda Südabə ilə qarşılaşdı. Südabə dedi:

-Bağa gedib ağaclara baxdın?

Əjdər:

-Bu gün uzaq yol gəlmişəm. Bir az dincəlim,sabahdan bütün işləri qaydasına salacağam.

-Sən buna bax,dincələcəkmiş.İşləməyə,yoxsa dincəlməyə gəlmisən?

Əjdər bu vaxta qədər elə bilirdi ki,bütün qadınlar anası Xalidə kimi ürəyiyumşaqdır. İndi gördükləri artıq onu bir qədər bu fikirdən daşındırırdı. O,tez  özünü düzəldib həyətə düşdü. Sonra bağdakı meyvələri yığıb Südabəyə verdi. Beləcə hər gün bu işi Əjdər görməli olurdu. Bakıya gəlməyindən 6 ay keçmişdi. Əjdər yorulmuş,taqətdən düşmüşdü. O,anasının yanına getmək fikrində idi. Səhər açılan kimianasına məktub yazıb artıq kəndə gələcəyini bildirdi. Xalidənin ona yalvarışlarını,anasını necə incitdiyini xatırladıqca poçt qutusuna sarı uzanan əllər titrəyir,bədəni süstləşirdi. O,güclə məktubu poçt qutusuna salıb fikirləşdi:

"Həyat davam edir,bəlkə,mənio bağışlayar”. Əlbəttə ki,bağışlayar. Axı hansı ana övladını bu vaxta qədər bağışlamayıb ki? Hə,bağışlayar.

  Bir neçə həftə keçməsinə baxmayaraq, anasından cavab gəlmirdi. O fikirləşdi ki,yaxşısı budur,  özü kəndə getsin. Ona görə də Rəhim bəydən icazə almaq üçün dükana yollandı. O Rəhim bəylə salamlaşıb oturdu:

Rəhim:

-   Nə olub,yenə nə yorğunsan?

- Mən icazəniz olsa kəndə,anama baş çəkmək üçün izn almağa gəlmişəm. Anam kənddə məni gözləyir.

-  Rəhim:

-   Nə deyək,nə vaxt?

-  Elə bu sabah.

-   Elə isə,sabah hazırlaş.

Səhər açılmamış Əjdər öz əşyaları ilə hazır idi. Hava aydınlanan kimi Rəhimlə xudahafizləşib yola düşdü. Yollar ayaqlarının altında sanki sürətlə sürüşürdü. Nəhayət,gəlib kəndlərinə çatdı. Həyət qapılarının üstündə bir neçə kağız parçası gördü. Açıb baxmaq istəyəndə  üstü toz-torpaqla örtülən öz məktublarını gördü. Qapı isə bağlı idi.

   Ana,ay ana deyə çağırdı. Yenə də çağırmaq istədi. Qonşuları Dilbər küçəyə çıxdı. Əjdərə baxdı.

Əjdər,salam.

Əjdər:

-  Salam,Dilbər xala.Anam haradadır?

 -Yox,burada deyil,yəqin Sevil xalagildədir.

Əjdər:”hə,eybi yoxdur,gedim,kəndi dolaşım,yəqin harda olsa o vaxta qədər gələr.

 Dilbər utanırmış kimi:”bilirsən ,Əjdər,o gəlməyəcək. Bilmirəm necə deyim. ən şəhərə gedəndən sonra Xalidə ana xəstələndi və yatağa düşdü. İki ay həkimlərin səyinə baxmayaraq ölümlə mübarizədən məğlub ayrıldı. Hə,oğul,bu həyatdır bizə səbr etmək düşür. Allah sənə də səbir versin,”-deyib getdi.

 Əjdər heç bir söz demədən yerindəd onub qalmışdı.Onu qəhər boğurdu. Göndərdiyi məktubun gecikmiş olduğunu bildi. İndi Əjdər  atasının bir vaxtlar min  bir əziyyətlə göyərtdiyi bu nəhəng çinar ağacı kimi tək tənha  idi. Güclü külək çinarın yarpaqlarını Əjdərin üzünə tüpürürdü... Əjdər,”Kaş ölüm olmaya idi,”-deyə küləyin üzünə tüpürdüyü bu yarpaqları axan göz yaşlarıyla isladırdı...



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws