Beynəlxalq Əlillər günü ərəfəsində nərd yarışı

2016-12-01 17:03:09 / 3279 dəfə oxunub

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin və DSMF rayon şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər günü ərəfəsində Qarabağ müharibəsi əlilləri arasında nərd yarışı keçirilib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi rayon filialının sədri Ravid Pənahov yarışın təşkili və keçirilməsində xüsusi fəallıqla iştirak ediblər.

Bir neçə saat davam edən yarışın nəticəsi olaraq Şöhrət Baxışov birinci, Ravid Pənahov ikinci və Bəxtiyar Dəmirov üçüncü yeri tutublar.

Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin hədiyyələri təqdim olunub.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws