Fəzail Zöhrabov - Vətən sənin həsrətinlə ağlaram

2016-12-03 21:47:10 / 9810 dəfə oxunub

Nə vaxtdır ki,qürbətdəyəm yad eldə

Vətən,sənin həsrətinlə ağlaram. Deyin indi necə dözüm bu dərdə, Adın gəlsə ümman kimi çağlaram. Vətən sənin həsrətinlə ağlaram

O gündənki,mən ayrlıb gələndən, Bülbül təki ayrı düşdüm çəməndən. Necə dözsün can ayrılıb bədəndən, Ayrılığa qara bir yas saxlara Vətən,sənin həsrətinlə ağlaram.

Ayrılanı uçulubdur dirəyim, Yasa batıb bütün arzu, diləyim. Üzüm gülər,ancaq ağlar ürəyim, Kimsə bilməz mən ürəkdən dağlaram Vətən sənin həsrətinlə ağlaram.

Ey ayrılıq məni saldın oduna, Kimsə görən heç salırmı yadına Azərbaycan,bağışla ki,adına, Gücüm çatmır,yoxsa dastan bağlaram. Vətən sənin həsrətinlə ağlaram.


Ay Ana

Nədəndi hər gecə başımın üstə, Gözlərin üzümə baxır ay Ana. O,gözəl əllərin gör neçə dəstə, Başıma çələnglər taxır ay Ana.

Beləcə hər axşam qarşımda sənin, Sakitcə dayanıb durur surətin. Başında ağaran düm ağ tellərin, Qəlbimi yandırıb yaxır ay Ana.

Sakitcə dayanıb gülümsəyirsən, Siğal da çəkirsən,əzizləyirsən. Axı qurban olum nə istəyirsən? Gözündən yaş niyə axır ay Ana.

Ağlama borcuma gəlmişəm bura, Borcluyam sənin tək çox analara. Fəzayil zülmətə,qaranlıqlara, Şimşək tək parlayıb,çaxır ay Ana.


Ağlamasın

Dostlarım,ayrılıq günü gəlibdir, Ürəklər kövrəlib gül ağlamasın. Ürək kövrəlibsə cuşa gəlibdir, Dodaq titrəməsin,dil ağlamasın.

Sizdən ayrılıram bahar çağında, Bülbülün dərdi var xoş avazında. Ayrılıb gedərsə,qoy budağında, Bülbülə yas tutub gül ağlamasın.

Keçmişəm elimin hər qarışından, Nə dağdan incidim,nə də ki,daşdan, Ayrılıq gününü bilib bu başdan, Dağları aşanda cel ağlamasın.

Həyatda çox olub şirinim acım, Yurduma məhəbbət olub baş tacım. Gördü ki,gedirəm qardaşım bacım, Arxamca boylanıb il ağlamsın.

Bilirəm ayrılıq kədərsiz deyil, Ayrılıb getməyim və dərdsiz deyil. Fəzayil,ağlamaq zərərsiz deyil, Ağlayan gözləri sil ağlamasın.


Sevgidən gizlənib qaçmağa dəyməz

Gizlicə,xəbərsiz gəlib gedirsən. Hiss edə bilmirəm,görmürəm nahaq Elə bil bununla acıq edirsən, Küsmüsən,səbəbin bilmirəm ancaq.

Yox-yox küsməmisən bunu bilirəm, De bəs niyə belə edirsən gülüm? Mən səni həmişə soraq edirəm, Gizlicə gəlirsən-gedirsən gülüm.

Aç söylə sirrini deginən mənə, Xəbərsiz gəlməyin,getməyin nədir? Şimşək tek görünüb durmayıb yenə, Qəflətən yox olub getməyin nədir?

Gizlənmə sevgilim onsuzda bir gün, Vaxt gəlib axtarib tapacağam mən. Arayıb axtarıb gəzəcəm hər gün, Qocalıb başıma ələnsə də dən.

Bir şeyi yadından çıxartma ki,sən, Quş olub gözümdən uçmağa dəyməz. Ürəyim sənlədi izlənəcəksen, Sevgidən gizlənib qaçmağa dəyməz.


Yalandan qocayam demə özünə

Saçına dən düşür,kədərlənirsən, Kaş mənim saçıma düşəydi barı. Qocalıq sanaraq nə inciyirsən? Cavan zirvələrin yoxmudur qari.

Saçına dən düşür,qocalıq demə, Ağaran zirvəyə bənzədirəm mən. Onsuzda cavansan heçdə qəm yemə, Ucalıq rəmzidir saçındakı dən.

Sözümü təsəlli düşünmə nahaq, Təsəlli nə üçün,cavansan-cavan. Dünən ki, uşaqdın,uşaqdan-uşaq, Adi bir sözümdən ağlayıb qaçan.

Kövrəlmə uşaq tək axı nə olub? Yenədə deyirəm,cavansan-cavan. İncik uşaq kimi gözlərin dolub, Kaş ki,mən olaydım saçı ağaran.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws