Bütün dünyanın izlədiyi oyun heç-heçə bitdi - VİDEO

2016-12-03 22:36:46 / 1987 dəfə oxunub

Dekabrın 3-də bütün dünyanın futbol azarkeşlərinin diqqəti İspaniyanın Barselona şəhərinə yönəlmişdi. 

sabahinfo.az-ın məlumatına görə, İspaniya La Liqasının 14-cü turunda "Barselona” "Nou Kamp”da "Real”ı qəbul edib. Oyunun 5-cü dəqiqəsində Suares "Barselona”nı hesabda irəli çıxarıb – 1:0. 90-cı dəqiqədə Ramos bərabərlik qolunu vurub - 1:1.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu, komandalar arasında keçirilən sayca 265-ci ”El Klassiko” olub. Nəticədə komandalar arasında 33-cü heç-heçə qeydə alınıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla "Real" başçılıq edir. "Barsa" isə 28 xalla ikincidir.  



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws