Bakıda İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib

2016-12-04 10:00:21 / 4794 dəfə oxunub

Beynəlxalq Muğam Mərkəzində İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Konsert proqramının təqdimatından əvvəl İsrailə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkənin musiqiçilərinin iştirakı ilə "dostluq və sülh naminə” şüarı altında keçirilən konserti vacib mədəniyyət hadisəsi kimi dəyərləndirib: "Ümid edirəm ki, konsert tamaşaçıların yaddaşında dərin izlər buraxacaq. Musiqi insanlar arasında olan ünsiyyətin vacib növüdür. Musiqi həyatımızda çox vacib rol oynayır. Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Onun İsrail musiqisinə yarım əsrlik töhfəsini bu cür ifadə etmək olar: İsrailin musiqisi Şem Tev Levin olmadan mümkün ola bilməz. Konsertin təşkilatçılığına görə Beynıxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”.

 

Konsert proqramında "Əsmərim”, "Sən gəlməz oldun”, "Gəl maralım”, "Atəşim var, külüm yox” kimi Azərbaycan mahnıları ifa olunub.

 

Xanəndə Hüseyn Məlikovu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Soltan Əliyev müşayiət edib.


bakida israil azerbaycan musiqicilerinin konserti kecirilib

bakida israil azerbaycan musiqicilerinin konserti kecirilib



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws