İsmayıllıda geniş miqyasda ağacəkmə aksiyası həyata keçirildi

2016-12-04 15:06:09 / 2978 dəfə oxunub

İDEA İctimai Birliyinin təşəbbüsü ilə, eləcə də rayonda ekoloji mühitin saflaşdırılması, yaşıllıq zonalarının artırılması, baramaçılıq yem bazasının yaradılması məqsədilə 03 dekabr 2016-cı il tarixdə  İsmayilli rayonun bütün idarə və təşkilatlarının, ərazi nümayəndəliklər və bələdiyyələrin iştirakı ilə ağacəkmə tədbirləri həyata keçirildi.
Yaşıllıq zolaqlarının artırılması, o cümlədən arıçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cökə, akasiya, ağcaqayın və digər növlərdən ibarət 4 mindənartıq ağac əkildi.
Məlum olduğu kimi rayonumuzda kənd təsərrüfatında ənənəvi sahələrdən sayılan baramaçılıq cari ildə yenidən bərpa edilmişdir. Bu mühüm sahənin yem bazasının yaradılması məqsədilə rayona 10 min tut tingi gətirilmişdir. Həmin tinglər müvafiq bölgü əsasında ərazi nümayəndəliklərinə və bələdiyyələrə paylanılmış və onlardan üç min ədədi isə bu gün əkilmişdir. Tut tingləri aqrotexniki tələblərə uyğun becərilməsi və mühafizə edilməsi üçün nəzarətə götürülmüşdür.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws