Bu telefonlarda “WhastApp” işləməyəcək – SİYAHI

2016-12-05 09:20:47 / 14270 dəfə oxunub

Androidlərin köhnə versiyalarına "WhatsApp” dəstəyi verilməyəcək.

sabahinfo.Az Lent.az-a istinadən xəbər verir ki, sosial media nəhəngi olan "Facebook”un sahibi olduğu "WhatsApp” artıq "iOS6”, "Windows Phone 7”, "Android 2.1” və "Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Bildirilib ki, yenilənmiş "WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan "WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək "BBOS” və "BlackBerry 10” proqram təminatlı cihazlarından "WhatsApp”a giriş mümkünsüz olacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!