Aleksandr Səmədov “Spartak”da!

2016-12-04 23:18:37 / 2233 dəfə oxunub

"Lokomotiv”in əslən azərbaycanlı futbolçusu  Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu "Spartak”da davam etdirəcək.

sabahinfo.Az-ın xəbərinə görə, bu haqda "Sport-ekspress” qəzetinin saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 2.5 mövsümlük müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı müqavilə bağlanacağı bildirilib. Müqavilənin şərtlərinə əsasən, Səmədov ilinə 1.8 milyon avro qazanacaq. "Lokomotiv”də isə futbolçu bir qədər çox – mükafatlar da daxil olmaqla ilinə 2 milyon avro gəlir əldə edir.

Qeyd edək ki, "Lokomotiv”in baş məşqçisi Yuri Syomin Səmədovu əvəzedici heyətə göndərib.

Əlavə edək ki, bu gün "dəmiryorçular”ın yarımmüdafiəçisi Petar Şkuletiç İntagram hesabından Səmədovla şəklini paylaşaraq onunla vidalaşıb və gələcək karyerasında uğurlar arzulayıb.



Son xəbərlər
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws