Sabahdan parlamentdə gələn ilin büdcə müzakirələrinə başlanılır

2016-12-05 10:45:52 / 1650 dəfə oxunub

Sabahdan başlayaraq üç gün ardıcıl Milli Məclisin plenar iclası keçiriləcək.

sabahnfo.Az "Report”a istinadən xəbər verir ki, iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws