Nazir: "Azərbaycan 2017-ci ildə Pakistana ticarət missiyası göndərəcək"

2016-12-05 14:46:51 / 1243 dəfə oxunub

Azərbaycan 2017-ci ildə Pakistana ticarət missiyası göndərməyi planlaşdırır.

sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, gələn il yanvarın sonu-fevralın əvvəlində biz Pakistana ticarət missiyası göndərməyi planlaşdırırıq:

"Səfərin məqsədi iki ölkə arasında müxtəlif çeşidli məhsulların ticarət dövriyyəsini artırmaqdır".

Qeyd edəki ki, 2016-ci ilin noyabrında Azərbaycan ixracatın həcmini artırmaq məqsədilə müxtəlif ölkələrə ticarət missiyası göndərib. Artıq Çinə və BƏƏ-yə missiyalar göndərilib. İlin sonunadək analoji missiyanın Misirə göndərilməsi planlaşdırılır.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws