Ukraynadan Azərbaycan neftinin nəqlinə QADAĞA

2016-12-05 17:34:45 / 638 dəfə oxunub

Ukraynanın Maliyyə Nazirliyi"Ukrtransnafta" dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə 262 min ton Rusiya neftinin nəqlinə qadağa qoyub. "APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə "Ukrtransnafta"nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib.

 

A. Pasişnik bildirib ki, Rusiya nefti Azərbaycan istehsalı olan "qara qızıl" ilə əvəzlənməli idi.

 

"Maliyyə Nazirliyi prezidentlərin və hökumətlərin əldə etdiyi razılaşmalara qarşı çıxır və problemin həlli əvəzinə qadağa qoyur", - deyə baş direktorun müavini qeyd edib.

 

Xatırladaq ki, noyabrın 4-də "Ukrtransnaft"a Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək tez bir vaxtda Odessa-Kremençuq neft kəmərini dolduran "Urals" markalı neftin "Azeri Light" markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib.

 

Onun da qeyd edək ki, noyabr ayının 2-də "Ukrtransnafta" və "Ukrtatnafta" (Kremençuq neftayırma zavodunun operatoru) 4 mln. Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws