Kürdəmirdə yeni tut bağları salınır

2016-12-05 21:08:36 / 802 dəfə oxunub

Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən cari ildən Kürdəmirdə bu sahəyə diqqət və maraq ciddi surətdə artıb. Təbii ki, baramaçılığın inkişafı möhkəm yem bazasından asılıdır və hazırda rayonda yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur.

Ümumilikdə bu il rayon ərazisində 46 min ədəd tut tingi əkilməsi nəzərdə tutulub. Hazırda əkin işləri sürətlə davam etdirilir.  Tinglərin  5 min ədədi  Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fonduna aid torpaqlarında, 21 min ədədi kümçülərin özlərinə məxsus pay torpaqlarında, 20 min ədədi isə Dövlət Fondu torpaqlarında əkilir. Bugünədək 11 min 500 ədəd ting əkilib. 



Son xəbərlər
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws