“Şapekoense” Cənubi Amerika Kubokunun qalibi elan edildi

2016-12-05 23:49:42 / 2565 dəfə oxunub

CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi olaraq Braziliyanın "Şapekoense” klubunu Cənubi Amerika Kubokunun qalibi elan edib.

 

APA-nın məlumatına görə, noyabrın 29-da  Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində "Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla  71 nəfər ölüb.

 

Kubokun finalında braziliyalıların  rəqibi olan Medelyinin "Atletiko Nasyonal” klubu  CONMEBOL-a müraciət edərək "Şapekoense”-ni Cənubi Amerika Kubokunun qalibi elan etməyi təklif edib.

 

Bununla bağlı Kolumbiya klubu vitse-çempion tutulu ilə yanaşı "Yüzilliyin fair-pley”-i mükafatına layıq görüləcək.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws