Ərəb şeyxi ilə evlənən gimnastdan mediaya MÜRACİƏT

2016-12-06 10:17:29 / 1770 dəfə oxunub

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra media  nümayəndələrinə müraciət edib.

 

Sabahinfo.az-ın məlumatına görə, Zeynəb Cavadlının şəxsi feysbuk səhifəsindən yayımladığı müraciətində deyilir:

 

"Əziz dostlar,  hörmətli media nümayəndələri,

Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik.
Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.

 

Sizdən xahiş edirəm ki, mənim icazəm  olmadan ailəm  barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.

 

Mənim ailəm – mənim şəxsi həyatımdır.

 

Bu mövzuda mediaya heç  bir açıqlama  vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuat etik qaydalarına riayət edəsiniz.

 

Təşəkkür edirəm”.

 

Qeyd edək ki, Zeynəb Cavadlının bu evlilikdən Sana bint Saeed Maktoum Al Maktoum adlı bir qız övladı da var. 



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws